BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

05/12/2025

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin I kurs tələbələri Universitetin Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Muzeyin mütəxəssisi Afət Seyidzadə 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin şəxsi razılığı ilə Universitetdə fəaliyyətə başlayan muzey haqqında tələbələrə ətraflı məlumat verib. Bildirib ki, Heydər Əliyev Muzeyi Ümummilli Liderin zəngin irsinin təbliği və öyrənilməsində mühüm əhəmiyyətə malikdir.

2023-cü ildə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə BDU-nun Tədbirlər Planı çərçivəsində muzey ən müasir standartlara uyğun şəkildə yenidən qurulub.

Ekspozisiyada BDU-nun dünya şöhrətli məzunu və fəxri doktoru, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin həyatının müxtəlif dövrlərini əks etdirən sənəd və materiallar nümayiş olunur. Ulu Öndərin xalqımızın və dövlətimizin inkişafına həsr etdiyi mənalı ömrünü əks etdirən sənədlər və fotoşəkillər tələbələrdə böyük  təəssürat yaradıb.

 

Xəbərlər

BDU-da rəqəmsallaşma istiqamətində fəaliyyət planı təkmilləşdirilir

BDU-da rəqəmsallaşma istiqamətində fəaliyyət planı təkmilləşdirilir
17/02/2026

BDU aliminin "Print media istehsalı və texnologiyası" adlı dərs vəsaiti çap olunub

BDU aliminin "Print media istehsalı və texnologiyası" adlı dərs vəsaiti çap olunub
17/02/2026

BDU-da elmi seminar: “Radioaktiv maddələr və radioaktiv çirklənmə problemləri”

BDU-da elmi seminar: “Radioaktiv maddələr və radioaktiv çirklənmə problemləri”
17/02/2026