BDU-nun kafedra müdiri Elşad Qurbanov Türkiyənin nüfuzlu elm ocağının akademiki seçilib və Beynəlxalq qızıl medalına layiq görülüb

02/12/2019

Bakı Dövlət Universitetinin Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Elşad Qurbanov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü-akademiki və "Türk dünyasına xidmət" Beynəlxalq Qızıl Medalına layiq görülüb. Bu münasibətlə Botanika kafedrasında təqdimetmə mərasimi keçirilib. Kafedranın dosenti Pünhan Əfəndiyev bildirib ki, Azərbaycan elminin nüfuzlu nümayəndəsi, Vikipediyada SSRİ Botaniklər kateqoriyasına daxil edilmiş 4 nəfər azərbaycanlı botanikdən biri, elmi fəaliyyətinə görə yeganə azərbaycanlı kimi XXI əsr dünya botanikləri siyahasına daxil edilmiş professor Elşad Qurbanov Türkiyənin nüfuzlu elm ocağı-Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü-akademiki seçilib və "Türk dünyasına xidmət" Beynəlxalq Qızıl Medalına layiq görülüb.

Mükafatları təqdim etmək üçün həmin Akademiyanın Rəyasət Heyətinin üzvü Elçin İsgəndərzadə çıxış edərək bildirib ki, Elşad Qurbanov Azərbaycanın Botanika elmi sahəsində ən məhsuldar, ən işgüzar və ən titullu alimidir. Onun qələmə aldığı, min cür əziyyətlə ərsəyə gətirdiyi dərsliklər, dərs vəsaitləri Respublika botaniklərinin, torpaqşünaslarının, ekoloqlarının stolüstü kitabıdır. Elşad müəllim ziyası, savadı, işləmək qabiliyyəti Respublika Prezidenti tərəfindən BDU-nun 100 illik yubileyi münasibətilə yüksək qiymətlərdirilib və o, Əməkdar elm xadimi adına və 100 illik yubiley medalına layiq görülüb. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının mükafatları müxbir üzv Elşad Qurbanova təqdim edilib.

Professor Elşad Qurbanov onun əməyinə və elmi fəaliyyətinə verilən bu yüksək mükafatlara görə Azərbaycan Respublikasının Prezidentinə, BDU-nun rəhbərliyinə, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Rəyasət Heyətinə minnətdarlığını bildirib. Qeyd edib ki, bu gün mənə təqdim olunan bu mükafatları, həm də Botanika kafedrasının kollektivinin mükafatı kimi qiymətləndirirəm. Alimin məhsuldar işləməsi üçün sağlam mühit olmalıdır. Kafedra əməkdaşlarına buna görə minnətdarlığımı bildirirəm.

 

Xəbərlər

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”
19/04/2024

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası
18/04/2024

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək
18/04/2024