BDU-nun Karyera və məzunlarla iş Mərkəzi “Azərbaycan Uşaqları” İctimai Birliyi ilə əməkdaşlıq edəcək

15/01/2025

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzi və “Azərbaycan Uşaqları” İctimai Birliyinin əməkdaşları arasında görüş keçirilib.

Mərkəzin əsas fəaliyyətinin tələbə və məzunların əmək bazarına adaptasiyası, onların uğurlu karyera quruculuğuna yönləndirilməsi olduğu qeyd olunub. Görüşdə ikitərəfli əməkdaşlığın həyata keçirilməsi, İctimai Birliyin təcrübə proqramları ilə tələbələrin məlumatlandırılması kimi məsələlər müzakirə edilib. Birliyin təcrübə proqramlarının Sosial elmlər və psixologiya fakültəsinin “Sosial iş” və “Təhsildə sosial-psixologiya xidmətləri” ixtisaslarının, Hüquq, Jurnalistika fakültələrinin tələbələrinə yönləndirilməsi nəzərdə tutulub.

Xəbərlər

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək
08/10/2026

BDU-da təlim: “Liderlik və idarəetmə bacarıqları”

BDU-da təlim: “Liderlik və idarəetmə bacarıqları”
08/10/2026