BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsi, “Azərbaycan” qəzeti və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Respublika konfransı keçirilib

20/12/2021

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsi, “Azərbaycan” qəzeti və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağdam rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Respublika konfransı keçirilib.

Tədbir iştirakçıları əvvəlcə rayonun mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Sonra Ağdam rayon Heydər Əliyev Mərkəzinin konfrans zalında Dövlət Himni səsləndirilib, Ümümmilli Liderin və respublikamızın ərazi bütövlüyü uğurunda canlarını fəda etmiş soydaşlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov qonaqları salamlayıb, 44 günlük Vətən müharibəsi günlərində rayon əhalisinin göstərdiyi fədakarlıqdan bəhs edib. Bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində müzəffər ordumuz, qüdrətli xalqımız tariximizin yeni və şanlı salnaməsini yazdı, Ulu Öndərimizin ən böyük arzusu həyata keçirildi.  Vaqif Həsənov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda elm və təhsilin, jurnalistikanın inkişafındakı misilsiz xidmətlərindən, ölkəmizdə kitabxana sahəsinin, mütaliə mədəniyyətinin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edib. Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov çıxışında Ulu Öndərin müxtəlif dövrlərdə ölkəyə rəhbərliyindən, onun müdrik və uzaqgörən dövlət xadimi olmasından geniş söhbət açıb, müasir Azərbaycanın məhz ümummilli liderin şah əsəri olduğunu vurğulayıb. Konfransda BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan “Ulu Öndər Heydər Əliyev şəxsiyyəti: milli-mənəvi dəyərlərimizin təəssübkeşi və təminatçısı”, dosent Ələmdar Cabbarlı “Ulu Öndər Heydər Əliyev və Qarabağ ədəbi mühiti”, dosent Rasim Süleymanov “Ulu Öndər Heydər Əliyev xarici nəşrlərdə” mövzularında məruzə ediblər.

Tədbirin sonunda Azərbaycan Milli Elmlər Akademiyasının “Akademkitab” Birliyi tərəfindən Ağdam MKS-nə hədiyyə edilmiş kitabların sərgisinə baxış keçirilib.

Xəbərlər

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”
19/04/2024

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir
19/04/2024

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib
19/04/2024