BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində Özbəkistanın Termez Dövlət Universitetinin prorektoru və tələbələri ilə görüş

11/10/2022

Özbəkistanın Termez Dövlət Universitetinin prorektoru Obid Şəfiyev və həmin universitetin bir qrup müəllim-tələbə heyəti Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsini ziyarət ediblər. Görüş zamanı fakültə rəhbərliyi tərəfindən dost və qardaş ölkədən gələn qonaqlara ölkəmizdəki təhsil mühiti, Azərbaycanın ilk universiteti olan BDU-nun tarixi və bu günü, eyni zamanda Kitabxanaçılıq-informasiya fakültəsi barədə geniş məlumat verilib.

Termez Dövlət Universitetinin prorektoru Obid Şəfiyev Azərbaycanda və həmçinin ölkənin ən nüfuzlu ali təhsil müəssisəsi olan BDU-da olmaqlarından məmnunluğunu ifadə edib. Obid Şəfiyev eyni soya, ortaq tarixə və mədəniyyətə malik xalqlarımızın dostluq və qardaşlıq münasibətlərindən bəhs edərək özbəklərin hər zaman Azərbaycan ədəbiyyatına, mədəniyyətinə böyük maraq göstərdiyini vurğulayıb. Qardaş ölkələr arasında əlaqələrin möhkəmlənməsində Ulu öndər Heydər Əliyevin və Özbəkistanın keçmiş Prezidenti İslam Kərimovun tarixi xidmətlərini diqqətə çatdıran natiq hazırda Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti  Şavkat Mirziyoyevin səyləri ilə dövlətlərarası münasibətlərin ən yüksək səviyyəyə çatdığını bildirib.

Son illər Azərbaycanla Özbəkistan arasında elmi əlaqələrin gücləndiyini, xüsusilə BDU ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq haqqında müqavilələrin imzalandığını qeyd edən Obid Şəfiyev Termez Dövlət Universitetinin İnformasiya texnologiyaları fakültəsi ilə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsi arasında əlaqələrin qurulması, birgə elmi konfransların təşkili, müəllim-tələbə mübadiləsi və bu kimi digər məsələlərlə bağlı əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib. Daha sonra qonaqlar fakültədə tədris prosesi ilə tanış olublar. Termez Dövlət Universitetinin İnformasiya texnologiyaları fakültəsinin tələbələri ilə Kitabxanaçılıq-informasiya fakültəsinin professor-müəllim heyəti və tələbələri arasında diskussiya aparılıb.

 

Xəbərlər

Görkəmli alim, tədqiqatçı və pedaqoq - Şirməmməd Hüseynov

Görkəmli alim, tədqiqatçı və pedaqoq - Şirməmməd Hüseynov
17/12/2025

BDU nümayəndə heyəti Çinin Anhui Universitetinin Kompüter Elmi və Texnologiyası və Süni İntellekt məktəbləri ilə tanış olub

BDU nümayəndə heyəti Çinin Anhui Universitetinin Kompüter Elmi və Texnologiyası və Süni İntellekt məktəbləri ilə tanış olub
16/12/2025

BDU-da “İT sahəsində karyerana başla” adlı seminar keçirilib

BDU-da “İT sahəsində karyerana başla” adlı seminar keçirilib
16/12/2025