BDU-nun müəllimi "Ədibin Evi" tərəfindən təşkil edilən “Müəllimliyin insanlıq fəlsəfəsi” adlı esse müsabiqəsinin qalibidir

24/12/2024

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müəllimi Nüşabə Hüseynova “Azərbaycan müəllimi” qəzetinin 90 illik yubileyi münasibətilə "Ədibin Evi" tərəfindən təşkil edilən “Müəllimliyin insanlıq fəlsəfəsi” adlı esse müsabiqəsinin 6 qalibindən biri olub.

Müsabiqəyə ümumilikdə 300-dək esse təqdim olunub.

Qeyd edək ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, müəllim, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin pedaqoji irsinə həsr olunmuş müsabiqənin məqsədi müəllimlik üçün zəruri olan keyfiyyətlər – pedaqoji etika, empatiya və şəfqət duyğularının əhəmiyyətinin təbliği, müxtəliflik və inklüzivliyin, eləcə də peşəkar pedaqoji icma arasında tənqidi və yaradıcı düşüncə tərzinin təşviqidir.

Xəbərlər

Milli qürur mənbəyimiz

Milli qürur mənbəyimiz
09/11/2025

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub
09/11/2025

BDU könüllüləri Zəfər muzeyini ziyarət ediblər

BDU könüllüləri Zəfər muzeyini ziyarət ediblər
09/11/2025