BDU-nun nəzdində “Gənc istedadlar” liseyində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş xüsusi dərslər keçirilib

17/01/2025

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş xüsusi dərslər keçirilib.

Dərslərdə şagirdlərə Azərbaycan xalqının tarixində dönüş nöqtəsi olan 20 Yanvar facisəinin müstəqillik tarixinə əbədi qürur və şərəf səhifəsi kimi daxil olduğu bildirilib. Faciənin başvermə səbəbləri barədə dolğun məlumat verilib, mənfur düşmənlərimizin xalqımıza qarşı zaman-zaman törətdikləri qanlı cinayətlərdən bəhs edilib. Həmin dövdə xalqımızın haqq səsinin dünyaya çatdırılmasına hər formada manelər yaradıldığı, amma buna baxmayaraq, bu qanlı hadisənin baş verməsindən dərhal sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək, 20 Yanvar hadisələrinə kəskin etirazını ifadə etməsi, haqq səsimizi bütün dünyaya çatdırması bildirilib. Həmçinin qeyd olunub ki, ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə bütün şəhidlərimizin qisası döyüş meydanında alınıb.

Xüsusi dərslər çərçivəsində şagirdlərin 20 Yanvar faciəsinə həsr etdikləri şəkillər nümayiş olunub. Daha sonra şagirdlər liseyin kitabxanasında Ümumxalq Hüzn Günü ilə bağlı məlumat xarakterli film izləyiblər.

Xəbərlər

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir
06/02/2026

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”
05/02/2026

BDU-da Çin Yaz Festivalı keçirilib

BDU-da Çin Yaz Festivalı keçirilib
05/02/2026