BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Kosmosda evimiz - Günəş sistemini kəşf edək” mövzusunda öyrədici seminar

10/10/2024

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyində BDU-nun  Astrofizika kafedrasının təşəbbüsü ilə 4-10 oktyabr - Ümumdünya Kosmos Həftəsi çərçivəsində “Kosmosda evimiz - Günəş sistemini kəşf edək” mövzusunda öyrədici seminar keçiriliib.

Liseyin direktoru Fuad Babayev bildirib ki, Ümumdünya Kosmos Həftəsi kosmik elm və texnologiyanın insanların rifahının yaxşılaşdırılmasına verdiyi töhfəni qeyd etmək məqsədilə 1999-cu il dekabrın 6-da BMT Baş Assambleyası tərəfindən oktyabrın 4-dən 10-dək elan edilib. Qeyd edilən tarixlər 1957-ci il oktyabrın 4-də Yerin ilk süni peykinin orbitə çıxarılması və 1967-ci il oktyabrın 10-da “Kosmik məkanın kəşfiyyatı və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında" müqavilənin qüvvəyə minməsi ilə əlaqədardır. Azərbaycanda kosmik sənayenin sürətlə inkişaf etdiyini diqqətə çatdıran Fuad Babayev məktəblilər arasında astronomiya və kosmik elmlərin təbliğinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Daha sonra BDU-nun Astrofizika kafedrasının baş müəllimi Zəminə Əliyeva, müəllimi Aynurə Əlili və doktorant  Bənövşə Əsgərova şagirdləri Günəş sistemi planetləri, onların peykləri, kosmosla bağlı maraqlı məlumatlarla tanış ediblər.

Seminarın sonunda fəal şagirdlərə hədiyyələr təqdim olunub.

Xəbərlər

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş
16/09/2026

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib
16/09/2026