BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 9 şagirdi qızıl və gümüş medala layiq görülüb

24/07/2023

Elm və təhsil naziri Emin Əmrullayev Ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltif olunması haqqında əmr imzalayıb.

Əmrə əsasən, 126 şagird  qızıl, 95 şagird  isə gümüş nişanla təltif olunub.  

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin 9 şagirdi qızıl və gümüş medala layiq görülüb. Liseyin şagirdləri Misir Hüseynli, İlqarə Yusifzadə, Ayşan Hacıyeva, Nəzrin İsmayılova, Fidan Əhmədova, Salman Vahabov, Murad Novruzov qızıl, Raul Mahmudov və Fərhad Kərimbəyli isə gümüş nişanla təltif olunublar.  

Qızıl və gümüş nişanla təltif olunan təhsilalanların adları məktəbin “Şərəf kitabı”na yazılacaq.

Xəbərlər

BDU QS reytinqində 565-ci yerə yüksəldi

BDU QS reytinqində 565-ci yerə yüksəldi
18/06/2026

BDU Özbəkistanın Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti ilə anlaşma memorandumu imzalayıb

BDU Özbəkistanın Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti ilə anlaşma memorandumu imzalayıb
18/06/2026

BDU tələbəsi Səkinə Hacızadə nüvəitələmə növündə U-23 qadınlar arasında ölkə rekordunu yeniləyib

BDU tələbəsi Səkinə Hacızadə nüvəitələmə növündə U-23 qadınlar arasında ölkə rekordunu yeniləyib
17/06/2026