BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllimi Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibidir

16/09/2025

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin müəllimi Arzu Orucova Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olub.

“Talk2AI: QuillBot Chat ilə ingilis dilində danış!” layihəsi ilə qalib olan Arzu Orucovanın əsas məqsədi süni intellekt alətləri vasitəsilə uşaqların ingilis dili bacarıqlarının artırılması və tədrisdə innovativ yanaşmanın tətbiqidir.

Qeyd edək ki, müsabiqəyə ümumilikdə 1552 layihə təqdim edilib. Müsabiqəyə təqdim edilən layihələr əvvəlcə texniki ekspertizadan keçirilib, nəticədə 1516 layihə “Məzmun ekspertizası” mərhələsinə buraxılıb. Bu mərhələdə ən yüksək bal toplayan 220 layihə qrant qazanıb. Həmin layihələrin 6-sı ümumi təhsil müəssisələrinin, 214-ü isə təhsilverənlərin fərdi layihələridir.

 

Xəbərlər

BDU-da Böyük Qafqazın çay yataqlarının morfodinamikası tədqiq olunur

BDU-da Böyük Qafqazın çay yataqlarının morfodinamikası tədqiq olunur
10/04/2026

Görkəmli hüquqşünas alim, BDU-nun kafedra müdiri Kamil Səlimovun 70 illik yubileyi qeyd olunub

Görkəmli hüquqşünas alim, BDU-nun kafedra müdiri Kamil Səlimovun 70 illik yubileyi qeyd olunub
10/04/2026

BDU-da “Postsovet məkanında beynəlxalq əməkdaşlıq: keçmiş sovet respublikaları və beynəlxalq siyasət nəzəriyyələri” kitabının təqdimatı

BDU-da “Postsovet məkanında beynəlxalq əməkdaşlıq: keçmiş sovet respublikaları və beynəlxalq siyasət nəzəriyyələri” kitabının təqdimatı
10/04/2026