BDU-nun Psixoloji yardım sektoru "Gənc istedadlar" liseyində "Sənin peşən, sənin gələcəyin" adlı təlim keçirib

20/05/2025

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru BDU-nun nəzdində "Gənc istedadlar" liseyində IX sinif şagirdlərinə "Sənin peşən, sənin gələcəyin" adlı təlim keçirib.

Sektorun psixoloqu Natəvan Həsənzadənin rəhbərliyi altında Sosial elmlər və psixologiya fakültəsinin IV kurs tələbələri təlim iştirakçılarına peşə seçiminin vacibliyindən danışıb, peşə və ixtisas arasında fərqi izah ediblər. Qeyd olunub ki, peşə seçimi gənc nəslin gələcək taleyində, məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyət kəsb edir, buna görə də şagirdlərin peşə maraqlarının müəyyənləşdirilməsi gələcək peşə və ixtisas seçimində mühüm rol oynayır. Peşə seçimi şəxsin cəmiyyətə töhfə verməsi, maddi cəhətdən müstəqil olması, stabil həyat qurmasında vacib faktordur.

Təlim zamanı şagirdlərə peşə seçimi zamanı diqqət edilməli məqamlar, əmək bazarında son illər formalaşan tələblər barədə də məlumat verilib, şagirdlərin sualları cavablandırılıb.

Təlimin sonunda şagirdlər praktik testlərdən keçərək, öz bacarıqlarını müəyyən ediblər.

 

Xəbərlər

BDU-da bakalavriat səviyyəsi üzrə məzunların elektron diplomlarının “mygov” platformasına inteqrasiya prosesi tam başa çatıb

BDU-da bakalavriat səviyyəsi üzrə məzunların elektron diplomlarının “mygov” platformasına inteqrasiya prosesi tam başa çatıb
11/08/2026

BDU-nun Filologiya fakültəsində 7 ixtisas üzrə kadrlar hazırlanır

BDU-nun Filologiya fakültəsində 7 ixtisas üzrə kadrlar hazırlanır
11/08/2026

BDU-nun Fizika fakültəsində 3 ixtisas üzrə tələbə qəbulu aparılır

BDU-nun Fizika fakültəsində 3 ixtisas üzrə tələbə qəbulu aparılır
11/08/2026