BDU-nun Psixoloji yardım sektoru "Özümüz kimi olmağa mane olan 5 travma" adlı təlim keçib

06/03/2025

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru tələbələrə "Özümüz kimi olmağa mane olan 5 travma" adlı təlim keçib.

Mərkəzin psixoloqu Natəvan Həsənzadə qeyd edib ki, travma insanın fiziki və ya psixoloji sağlamlığına ciddi təsir edən, təhlükə, qorxu, dəhşət və ya güclü narahatlıq hissləri ilə müşayiət olunan bir hadisəyə və ya təcrübəyə verilən reaksiyadır. Travmalar tək bir hadisədən deyil, təkrarlanan təcrübə və ya uzunmüddətli stresdən qaynaqlana bilər. İnsanın şəxsiyyət kimi formalaşmasına və davranışına təsir edən travmalar adətən uşaqlıqda və ya erkən yaşlarda yaşanan mənfi təcrübələr nəticəsində yaranır və yetkinlik zamanı onun sağlamlığına, münasibətlərinə, özünəinamına təsir edir.

Psixoloq daha sonra travmaların növləri, qarşısının alınması yolları barədə məlumat verib.

Təlim zamanı tələbələr travmaların davranış, münasibətlər və sağlamlıq üzərindəki təsirini araşdırıb, psixoloji testlər ediblər.

Xəbərlər

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək
08/10/2026

BDU-da təlim: “Liderlik və idarəetmə bacarıqları”

BDU-da təlim: “Liderlik və idarəetmə bacarıqları”
08/10/2026