BDU-nun Psixoloji yardım sektorunun "Kinoklub" layihəsi çərçivəsində "Böyük Getsbi" filmi təhlil edilib

05/05/2025

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektorunun (PYS) "Kinoklub" layihəsi çərçivəsində Sosial elmlər və psixologiya fakültəsinin tələbələri ilə görüş keçirilib. Görüşdə Frensis Skott Fisceraldın 1925-ci ildə yazdığı eyniadlı roman əsasında çəkilən "Böyük Getsbi" filminin psixoloji təhlili aparılıb.

Sektorun psixoloqu Natəvan Həsənzadə psixoloji film təhlilinin şəxsi inkişaf və emosional baxımdan əhəmiyyətini vurğulayıb. O bildirib ki, layihənin məqsədi filmlər üzərindən insanların psixoloji aspektlərini, xarakterlərini və psixoloji vəziyyətlərini dərindən araşdırmaqdır. Film təhlili personajların davranışlarını, motivasiyalarını, duyğusal reaksiyalarını və psixoloji inkişaflarını daha yaxşı anlamağa kömək edir. Bu növ təhlil tələbələrdə dərin təhlil və analiz bacarıqlarını inkişaf etdirir.

Tələbələr filmin qəhrəmanlarının davranışlarını, emosional reaksiyaları, yaşadıqları daxili təlatümləri, konfliktləri təhlil edib, əsərin kino həlli ilə bağlı fikirlərini bölüşüblər.

 

 

Xəbərlər

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir
15/05/2026

BDU Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə beynəlxalq konfrans keçirəcək

BDU Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə beynəlxalq konfrans keçirəcək
14/05/2026

“Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: ənənəvi enerjidən “yaşıl enerji"yə keçid”

“Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: ənənəvi enerjidən “yaşıl enerji"yə keçid”
14/05/2026