BDU-nun Qazax filialında Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

25/04/2019

Bakı Dövlət Universitetinin Qazax filialında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Qazax Rayon İcra Hakimiyyətinin və BDU-nun Qazax filialının birgə keçirdiyi konfransda rayon rəhbərliyi, Xalq yazıçısının övladları, filialın professor və müəllim heyəti, yubiley tədbirinin keçirilməsi məqsədilə rayon rəhbərinin müvafiq sərəncamına əsasən yaradılmış işçi qrupunun üzvləri, ziyalılar, ağsaqqallar, KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə filialın foyesində təşkil edilmiş ədibin kitablarından ibarət olan sərgi ilə tanış olublar. Daha sonra konfransı açan filialın direktoru, dosent Arif Rüstəmov Prezident İlham Əliyevin İsmayıl Şıxlının 100 illik yubileyi ilə bağlı imzaladığı Sərəncama uygun olaraq rayonda qeyd edilən tədbirlərin davamı olaraq keçirilən konfransın işinə uğurlar arzulayıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yubileylə əlaqədar rayonda görülmüş və görüləcək işlər barədə danışıb, Azərbaycan Yazıçılar Birliyinin Qazax filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal “Ədəbiyyatın və əbədiyyətin İsmayıl Şıxlı zirvəsi”adlı məruzə ilə çıxış edib.

Professor Rüstəm Kamal “İsmayıl Şıxlı nəsrinin poetikası”, kafedra müdiri İradə Arıxova “İ.Şıxlının elmi-pedaqoji fəaliyyəti”, AYB-nin üzvü, şair Mustafa Rasimoğlu “İ.Şıxlının yaradıcılığında millilik və şəxsiyyət anlayışı”, müəllim Türkan Məmmədova “Ölən dünyam” əsərində mənəviyyat məsələləri”, tələbələrdən Musa Paşazadə “İ.Şıxlı yardıcılığında kinomatoqrafiya”, Nicat Bədəlov “Cahandar ağa obrazına yeni baxış”, Elnarə Bənnayeva “İ.Şıxlının “Namus qaçağı” əsərindəki Qaçaq Süleyman obrazı gənclərin gözü ilə”, Tahirə Məmmədova “İ.Şıxlı yaradıcılığında milli adət-ənənələr” mövzularda çıxışlar ediblər.

Yazıçının oğlu Elçin Şıxlı atasının xatirəsinə göstərilən ehtirama və konfransın yüksək səviyyədə təşkilinə  görə rayon rəhbərliyinə və filialın kollektivinə qardaşı Fərrux Şıxlı və öz adından dərin minnətdarlığını bildirib, xatirələr danışıb.

Qeyd edək ki, konfrans çərçivəsində İ.Şıxlının həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.

 

Elçin İSMAYIL,

BDU-nun Qazax filialının Mətbuat Xidmətinin rəhbəri

Xəbərlər

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”
19/04/2024

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir
19/04/2024

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib
19/04/2024