BDU-nun rektoru Elçin Babayev Polis Akademiyasının yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda çıxış edib

26/05/2021

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının 100 illik yubileyi ilə bağlı 2021-ci il 26 may tarixində “Müasir dövrdə daxili işlər orqanları üçün kadr hazırlığını həyata keçirən xüsusi təyinatlı ali təhsil müəssisələri: mövcud vəziyyət və perspektivləri” mövzusunda onlayn Beynəlxalq elmi-praktik konfransın plenar iclası keçirilib.

Rusiya, Ukrayna, Belarusiya, Tacikistanın və ölkəmizin tanınmış elm adaları, universitet rektorları və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak etdiyi plenar iclasda Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının rəisi, polis polkovniki Canpolad Daanov, Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar Universitetinin rəisi, polis general-leytenantı Aleksandr Viktoroviç Simonenko, Rusiya Daxili İşlər Nazirliyinin Volqoqrad Akademiyasının rəisi, polis general-mayoru Tretyakov Vladimir İvanoviç, Ukraynanın Milli Daxili İşlər Akademiyasının rektoru, 2-ci dərəcəli polis generalı Vladimir Vasilyeviç Çerney, Belarus Respublikasının Daxili İşlər Nazirliyi Akademiyasının rəisi, milis general-mayoru Doroşko Sergey İvanoviç, Belarus Respublikasının Daxili İşlər Nazirliyinin Mogilyov İnstitutunun rəisi, milis general-mayoru Poliçuk Valeri Nikolayeviç, Tacikistan Respublikasının Daxili İşlər Nazirliyi Akademiyasının rəisi, milis general-mayoru  Faizali Rahmonali Şarifzoda, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi, general-mayor Allahverən İsmayılov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi, baş ədliyyə müşaviri Mübariz Əhmədov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rəisi vəzifəsini icra edən, baş ədliyyə müşaviri Elçin Xələfov, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin rəisi, polis polkovniki Kamil Məmmədəliyev çıxış ediblər.

BDU-nun rektoru Elçin Babayev çıxışında müstəqil Azərbaycanın son illərdə bütün sahələrdə sürətlə inkişaf edən, beynəlxalq miqyasda böyük nüfuz sahibi olan dövlətlərdən birinə çevrilməsinin əsasının dünya şöhrətli siyasətçi, Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitlik amilinə söykəndiyini bildirib. Qeyd edib ki, məhz bu sabitlik nəticəsində mürəkkəb geosiyasi-coğrafi məkanda yerləşən Azərbaycanın dünya miqyasında sivil, demokratik yolla irəliləyən, beynəlxalq hüquq normalarına və prinsiplərinə hörmətlə yanaşan dövlət imici daha da möhkəmlənib.

Rektor Elçin Babayev Azərbaycanın xüsusi təyinatlı ali təhsil müəssisələri arasında Polis Akademiyası xüsusi yer tutduğunu, hazırda daxili işlər orqanlarının ixtisaslı kadrlarla təminatında vacib rol oynadığını bildirib. Bakı Dövlət Universitetinin Polis Akademiyası ilə sıx əməkdaşlıq etdiyini, Akademiyada fəaliyyət göstərən əməkdaşların bir çoxunun BDU-nun məzunları olduğuna diqqət çəkib, birgə elmi-praktik konfranslar, simpoziumlar, dəyirmi masalar və bu tip tədbirlərin təşkil edildiyini diqqətə çatdırıb.

Xəbərlər

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
28/03/2024

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
28/03/2024

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub
28/03/2024