BDU-nun Şərqşünaslıq fakültəsində türkiyəli millət vəkili, yazıçı, aktyor Bahadır Yenişehirlioğlu ilə görüş

07/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə Türkiyə Böyük Millət Məclisinin üzvü, yazıçı, aktyor Bahadır Yenişehirlioğlu ilə görüş keçirilib.

Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan qonağı professor-müəllim və tələbə heyətinə təqdim edib, BDU ilə Yunus Əmrə İnstitutu arasında əməkdaşlıq əlaqələrindən danışıb.

Bakı Yunus Əmrə İnsitutunun direktoru Gökhan Seyhan görüşün qloballaşan dünyada insanın mənəvi dəyərlərini qoruması, öz kimliyini və ruhunu itirməməsi baxımından önəm daşıdığını  qeyd edib. Bakı Yunus Əmrə İnstitutunun əməkdaşı Aygün Ələkbərzadə Bahadır Yenişehirlioğlunun həyatı, ictimai-siyasi fəaliyyəti və yaradıclığı haqqında təqdimat edib.

Daha sonra Bahadır Yenişehirlioğlu öz həyat yolu və uğur hekayəsini tələbələrlə bölüşüb. O, ədəbiyyatın insan ruhuna təsiri, sənətin cəmiyyətin aynası olması, ədalətin insan həyatında tutduğu yer barədə fikirlərini bölüşüb.

Görüşün sonunda qonaq tələbələrin suallarını cavablandırıb, onlara imzalı kitablarını hədiyyə edib.

Xəbərlər

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək
16/01/2026

BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib

BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib
16/01/2026

BDU-nun çinli tələbəsi: “Azərbaycan dilini öyrənmək mənim üçün böyük şansdır” - MÜSAHİBƏ

BDU-nun çinli tələbəsi: “Azərbaycan dilini öyrənmək mənim üçün böyük şansdır” - MÜSAHİBƏ
16/01/2026