BDU-nun SABAH qrupları tələbəsi “Multidissiplinar Elmi Forum - 2017”-də ikinci yerə layıq görülüb

14/10/2017

Bakıda “Multidissiplinar Elmi Forum - 2017” təşkil olunub. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Azərbaycan Elm Assosiasiyasının dəstəyi ilə təşkil edilən Forum dahi alim Lutfi Zadəyə həsr edilib. Forum çərçivəsində humanitar və dəqiq elmlər üzrə 12 seminarda ekspert təqdimatları baş tutub. Tanınmış ekspertlər və xaricdə təhsil almış gənc mütəxəssislərin, eləcə də, Assosiasiyanın həmsədrləri İnqilab Şahbazov, Tərlan Süleymanov və müavini Mədinə Quliyevanın təqdimatları böyük auditoriya tərəfindən izlənilib. İdarə heyətinin bir digər üzvü Fidan Bəylərova isə könüllülər komandası rəhbəri olaraq təşkilatçı qismində çalışıb. Tədbirdə bildirilib ki, dünya elminin daha da sürətlə inkişaf etdiyi müasir şəraitdə gənclərin elmə marağının artırılması, onların elmi-tədqiqat işlərinə daha fəal cəlb olunmaları böyük əhəmiyyət daşıyır. Elmin müxtəlif sahələrini əhatə edən Azərbaycan Elm Assosiasiyasının əsas məqsədi elmlə məşğul olan və elmə maraq göstərən insanları bir araya gətirməklə elmin inkişafına töhfə vermək və elmi cəmiyyətin formalaşmasına dəstək göstərməkdir.

Forum çərçivəsində seminarlarla yanaşı “UProject poster” müsabiqəsi də təşkil edilib. Böyük maraqla izlənən poster müsabiqəsində elmin müxtəlif sahələrindən aktual məsələlər tələbələr tərəfindən poster şəklində təqdim edilib. Sonda ən yaxşı üç posterin sahibi dəyərli mükafatla təltif olunub. BDU-nun Kimya ixtisasının SABAH qruplarında təhsil alan IV kurs tələbəsi Cəmil Ağasiyev 2-ci yerə layiq görülüb .

Multidissiplinar Elmi Forumun hər il keçirilməsi planlaşdırılır.

Mətbuat və informasiya şöbəsi, 14 oktyabr 2017-ci il.

Xəbərlər

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş
24/04/2024

BDU tələbələri üçün təlim: “Ailə milli-mənəvi dəyərlərin əsas daşıyıcısı kimi”

BDU tələbələri üçün təlim: “Ailə milli-mənəvi dəyərlərin əsas daşıyıcısı kimi”
24/04/2024

BDU tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

BDU tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər
24/04/2024