BDU-nun təşkilatçılığı ilə Azərbaycanın ali təhsil müəssisələri üçün “Round University Ranking” beynəlxalq təlimi keçirilib

12/11/2025

Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə “Round University Ranking” (RUR) beynəlxalq reytinq agentliyi tərəfindən Azərbaycanın 25 ali təhsil müəssisəsinin  nümayəndələri üçün onlayn təlim keçirilib. Tədbirdə ölkənin aparıcı universitetlərinin beynəlxalq əlaqələr, keyfiyyət təminatı, strateji inkişaf və reytinqlərlə bağlı məsul əməkdaşları iştirak ediblər.

BDU-nun rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov son illərdə BDU-da elm, tədqiqat və beynəlmilələşmə sahəsində həyata keçirilən strateji təşəbbüslər, beynəlxalq təşkilatlarla qurulan əməkdaşlıqlar, qlobal reytinqlərdə əldə olunan nailiyyətlər və Universitetin davamlı inkişaf hədəfləri barədə ətraflı məlumat verib. Təlimin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Təlimdə iştirakçılara beynəlxalq reytinq təşkilatının nümayəndələri tərəfindən RUR sisteminin məqsəd və prinsipləri, qiymətləndirmə meyarları, məlumatların toplanması, təhlili və təqdim olunması prosesi barədə ətraflı təqdimat edilib. Təlim zamanı ali təhsil müəssisələrinin reytinqlərdə iştirak mexanizmləri, məlumat keyfiyyətinin artırılması yolları və indikatorlara əsaslanan strateji qərarların qəbulunun əhəmiyyəti vurğulanıb.

Ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə iştirak imkanlarını artırmaq, onların qlobal akademik məkanla inteqrasiyasını gücləndirmək, müasir qiymətləndirmə metodologiyaları və məlumat idarəetmə mexanizmləri barədə bilik və bacarıqları təkmilləşdirmək, həmçinin ali təhsildə baş verən qlobal trendlər, yeni yanaşmalar və beynəlxalq təcrübələr haqqında iştirakçıları məlumatlandırmaq məqsədilə keçirilən təlimdə iştirakçılara dünya universitetlərinin reytinqlərdə uğurlu təcrübələri təqdim edilib və əldə olunan biliklərin Azərbaycanın ali təhsil sistemində tətbiqi imkanları müzakirə olunub.

Qeyd edək ki, RUR beynəlxalq reytinq təşkilatı tərəfindən hazırlanan reytinq siyahısında Azərbaycanın 15 ali təhsil müəssisəsi yer alır və bu siyahıda BDU lider mövqedədir.

Xəbərlər

Qazaxıstanın Abay Qazax Milli Pedaqoji Universitetinin magistrantları BDU-da elmi təcrübə keçiblər

Qazaxıstanın Abay Qazax Milli Pedaqoji Universitetinin magistrantları BDU-da elmi təcrübə keçiblər
15/12/2025

BDU-nun Astrofizika kafedrası: “Qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03:01-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03:01-də daxil olacaq”
15/12/2025

BDU və Çinin Anhui Universiteti arasında ikili diplom proqramı üzrə müqavilə imzalanıb

BDU və Çinin Anhui Universiteti arasında ikili diplom proqramı üzrə müqavilə imzalanıb
15/12/2025