BDU-nun tələbələri İspaniyanın Granada və İtaliyanın La Sapienza Roma universitetlərində tədqiqat təcrübəsində iştirak edəcəklər

06/03/2023

Bakı Dövlət Universitetinin (BDU) tələbə və gənc tədqiqatçıları BDU-nun tərəfdaşı olduğu Avropa Birliyinin 2019-2023-cü ilər üzrə nəzərdə tutulan “Azərbaycanda fövqəladə ekoloji vəziyyətin həllinə yönəlmiş 3-cü pillə ali təhsilə dəstək məqsədilə yaradılan innovativ təlim mərkəzi (Innovative Training Center to support a 3rd cycle Advanced Education Course to face Environmental Emergency in Azerbaijan (ITACA)) adlı layihəsində fəal iştirak edirlər. Belə ki, layihə çərçivəsində yaradılan İnnovativ Təlim Mərkəzinin tələbələri – Ekoloji kimya kafedrasının doktorantı Mədinə Nəbiyeva İspaniyanın Granada Universitetində, Analitik kimya kafedrasının doktorantı Tahir Cavadzadə İtaliyanın La Sapienza Roma Universitetində 3 aylıq tədqiqat təcrübəsində iştirak edəcəklər.

ITACA  layihəsinin BDU üzrə rəhbəri Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Rafik qızı Hacıyevadır.

Qeyd edək ki, ITACA layihəsi (2019-2023) universitet və sənaye arasında əlaqələrin möhkəmləndirilməsinə töhfə vermək üçün Avropa Birliyi və yerli qurumların, eləcə də neft və qaz hasilatının ətraf mühitə təsiri sahəsində fəaliyyət göstərən müəssisələrin cəlbi ilə Təlim Mərkəzinin layihələndirilməsi və qurulmasını nəzərdə tutur.

Xəbərlər

Görkəmli alim, tədqiqatçı və pedaqoq - Şirməmməd Hüseynov

Görkəmli alim, tədqiqatçı və pedaqoq - Şirməmməd Hüseynov
17/12/2025

BDU nümayəndə heyəti Çinin Anhui Universitetinin Kompüter Elmi və Texnologiyası və Süni İntellekt məktəbləri ilə tanış olub

BDU nümayəndə heyəti Çinin Anhui Universitetinin Kompüter Elmi və Texnologiyası və Süni İntellekt məktəbləri ilə tanış olub
16/12/2025

BDU-da “İT sahəsində karyerana başla” adlı seminar keçirilib

BDU-da “İT sahəsində karyerana başla” adlı seminar keçirilib
16/12/2025