BDU-nun Web of Science Core Collection bazasında indekslənən “Applied and Computational Mathematics” elmi jurnalının təsir əmsalı yüksəlib

05/07/2021

2002-ci ildən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Dövlət Universiteti və AMEA-nın təsisçiliyi ilə dərc edilən və Web of Science Core Collection bazasında ən yüksək - Q1 kvartil kateqoriyalı jurnallar siyahısında yer alan “Applied and Computational Mathematics” jurnalının impakt faktoru (təsir əmsalı) 2.354-dən 3.898-ə qədər yüksəlib. Hazırda jurnalın 5 il üzrə orta impakt faktoru  2.752 təşkil edir.

Jurnal dünyada riyaziyyat və tətbiqi riyaziyyat kateqoriyası üzrə 265  beynəlxalq nəşr arasında 10-cu, Avropa İttifaqında  isə 8-ci yerdə qərarlaşıb. Jurnalın redaksiıya heyətinə dünyanın 20 ölkəsindən 38 görkəmli alim daxildir. Jurnalın hal-hazıradək dərc olunmuş 51 nömrəsində dünyanın 50-dən çox ölkəsindən 500-dən çox tədqiqatçının  riyaziyyat və tətbiqi riyaziyyatın müxtəlif istiqamətləri üzrə məqalələri dərc olunub. Nəşr olunduğu 19 il ərzində jurnal 50-dən çox ölkənin 250-dən artıq universitet və elmi müəssisəsi ilə əməkdaşlıq edib.

 

 

Xəbərlər

Görkəmli alim, tədqiqatçı və pedaqoq - Şirməmməd Hüseynov

Görkəmli alim, tədqiqatçı və pedaqoq - Şirməmməd Hüseynov
17/12/2025

BDU Çinin Anhui Kənd Təsərrüfatı Universiteti ilə əməkdaşlıq edəcək

BDU Çinin Anhui Kənd Təsərrüfatı Universiteti ilə əməkdaşlıq edəcək
17/12/2025

BDU Çinin Hefei şəhərindəki Anhui Universitetində Azərbaycan mədəniyyəti tədbiri keçirib

BDU Çinin Hefei şəhərindəki Anhui Universitetində Azərbaycan mədəniyyəti tədbiri keçirib
17/12/2025