BDU-nun Web of Science Core Collection bazasında indekslənən daha bir elmi jurnalı dünyanın ən nüfuzlu jurnalları siyahısına daxil oldu

02/07/2021

Clarivate Analitics Beynəlxalq İnformasiya Agentliyinin bu günlərdə açıqlanan hesabatına əsasən Bakı Dövlət Universitetinin (BDU)  “Science Citation Index Expanded” (SCIE) bazasında indekslənən “TWMS Journal Pure and Applied Mathematics” jurnalı 1.892 impakt faktorla (təsir göstəricisi) “Riyaziyyat” kateqoriyasında 330 beynəlxalq nəşr arasında 43-cü yerdə Q1 kvartil kateqoriyalı və “Tətbiqi riyaziyyat” kateqoriyasında 265 beynəlxalq nəşr arasında 84-cü yerdə qərarlaşaraq Q2 kvartil kateqoriyalı jurnallar siyahısına daxil olmuşdur.

2010-cu ildən başlayaraq ingilis dilində nəşr olunan jurnalda nəzəri və tətbiqi riyaziyyatın müxtəlif sahələri üzrə elmi məqalələr dərc edilir. Nəşrin redaksiya heyətinə 20-dən çox ölkənin tanınmış alimləri daxildir. Jurnal 50-dən çox ölkənin universitet və elmi mərkəzlərində yayımlanır. Qeyd edək ki, jurnalda dərc olunan məqalələr “MatReviews”, “Zentrablatt” və “VINITI” kimi bazalarda arxivlənir.

Xəbərlər

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub
23/04/2024

BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır

BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır
23/04/2024

BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu”

BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu”
23/04/2024