“Böyük Çex pedaqoqu Yan Amos Komenski: təhsildə klassik və müasir yanaşmalar” mövzusunda konfrans keçirilib

03/04/2019

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Pedaqogika kafedrasının, Çex Respublikasınnın Karl Universitetinin Pedaqoji fakültəsinın və Praqada yerləşən Y.A.Komenski adına Milli Pedaqoji Muzey və Kitabxananın birgə təşkilatçılığı ilə “Böyük Çex pedaqoqu Yan Amos Komenski: təhsildə klassik və müasir yanaşmalar” mövzusunda beynəlxalq konfrans  işinə başlayıb. Bakı Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə konfransı açaraq  onun əhəmiyyətindən danışıb və işinə uğurlar arzulayıb.

Çex Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Daniyel Putik və Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, millət vəkili Bəxtiyar Əliyev dünya təhsil sisteminin inkişafında Y.A.Komenski irsinin rolundan danışıb, konfransda təhsil sahəsində  aparılan müzakirələrin Pedaqogika elminin inkişafında mühüm rol oynayaçağına əmin olduqlarını bildiriblər.

Sonra Plenar iclas işinə başlayıb. Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə, Y.A.Komenski adına Milli Pedaqoji Muzey və Kitabxananın direktoru Marketa Pankova, BDU-nun Pedaqogika kafedrasının müdiri, professor Ləzifə Qasımova və kafedranın professoru Nübar Muxtarova, Rusiya Elmlər Akademiyasının akademiki Andrey Verbitski məruzə ilə çıxış ediblər.

Çex, Monteneqro, Rusiya, Hindistan, İtliyan, Türkiyə və Koreyanı təmsil edən alimlər və doktorantlar, eyni zamanda, Azərbaycan Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Diplomatiya Akademiyası, Azərbaycan Təhsil İnstitutu, Naxcıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti, Azərbaycan İlahiyyat İnstitutu, Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbayçan Dövlət Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, BDU-nun Qazax, APDU-nun Şəki və Cəlilabad, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filiallarının əməkdaşları və doktorantları da konfransda təmsil olunublar.

Qeyd edək ki, qarşısına  “Hamıya hər şeyi öyrətmək” məqsədini qoyan Yan Amos Komenski XVII əsrdə  “Böyük didaktika” əsəri ilə ilk sistemli təhsil konsepsiyasını hazırlayıb. Həmin dövrdən bu günə qədər təhsil sistemi dəyişib və inkişaf edib. Bununla əlaqədar olaraq, təhsilə klassik və müasir yanaşmaların müzakirə edilməsi konfransın əsas qayəsini təşkil edir, müasir təhsil,  inkişafetdirici təhsil və tərbiyəedici təhsil konsepsiyaları ənənə və müasirlik prizmasından təhlil edilir.


Mətbuat və informasiya şöbəsi, 05 aprel 2019-cu il.

Xəbərlər

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”
19/04/2024

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir
19/04/2024

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib
19/04/2024