Dubna şəhərində MDB ölkələrinin Nanotexnologiya üzrə Beynəlxalq Innovasiya Mərkəzinin təsis forumu olmuşdur

04/01/2010

17 dekabr 2009-cu il tarixdə MDB ölkələrinin 8 səlahiyyətli nümayəndəsi  Dubna şəhərində Beynəlxalq nanotexnologiya innovasiya mərkəzinin yaradılmasının təsis forumunun sənədləri imzalanmışdır.

Beynəlxalq nanotexnologiya innovasiya mərkəzi MDB ölkələrinin humanitar əməkdaşlıq fondunun dəstəyi ilə yüksək texnologiyaya söykənən nanosənayenin formalaşması məqsədi ilə yaradılmışdır. Mərkəz MDB ölkələri arasında innovasiya, tədqiqat və təhsil əlaqələrinin inteqrasiyasına kömək üçün yaradılmışdır.

Mərkəzin təsis sənədlərinin imzalanmasında  9MDB ölkəsinin 14 təşkilatı,  o cümlədən 4 milli akademiya iştirak etmişdir. Azərbaycan Respublikasından Bakı Dövlət Universitetinin Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri dos. M.Ə.Ramazanov universitet rəhbərliyinin səlahiyyətli nümayəndəsi kimi Beynəlxalq nanotexnologiya innovasiya mərkəzinin təsis sənədlərinə imza atmışdır. Təsis yığıncağının iclasında dos. M.Ə.Ramazanov məruzə ilə çıxış edərək Beynəlxalq nanotexnologiya innovasiya mərkəzinin yaradılmasını Bakı Dövlət Universitetinin rəhbərliyinin dəstəklədiyini bildirmişdir.

 

Xəbərlər

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir
06/02/2026

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”
05/02/2026

BDU-da Çin Yaz Festivalı keçirilib

BDU-da Çin Yaz Festivalı keçirilib
05/02/2026