Ekologiya və torpaqşünaslıq fakültəsində birinci kursa qəbul olunmuş tələbələr və onların valideynləri ilə görüş keçirilib

14/09/2018

Yeni tədris ili ərəfəsində Ekologiya və torpaqşünaslıq fakültəsində birinci kurs tələbələri və onların valideynləri ilə görüş keçirilib. Dekan, professor Nazim Şəmilov tələbələri yeni tədris ili münasibətilə təbrik edib və onlara müvəffəqiyyətlər arzulayıb. Dekan fakültə, Boloniya təhsil sistemi, universitetin daxili nizam-intizam qaydaları haqqında məlumat verməklə yanaşı, tələbələrin hüquq və vəzifələrini də izah edib.  Fakültənin qısa zaman kəsiyində bir çox uğurlara imza atdığını bildirən Nazim Şəmilov gələcəkdə həyata keçiriləcək layihələr barədə məlumat verib.
Dekan müavinləri, tyutorlar, tələbə təşkilatları sədrlərinin də iştirak etdiyi görüşün sonunda tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Mətbuat və informasiya şöbəsi, 14 sentyabr 2018-ci il.

Xəbərlər

IDEA və BDU-nun birgə təşkilatçılığı ilə Sumqayıt çimərliyinin sahil zolağında təmizlik aksiyası keçirilib

IDEA və BDU-nun birgə təşkilatçılığı ilə Sumqayıt çimərliyinin sahil zolağında təmizlik aksiyası keçirilib
30/09/2023

BDU-da elmi seminar: "XVI-XVIII əsrin birinci yarısında Azərbaycanın İrəvan vilayətində demoqrafik durum"

BDU-da elmi seminar: "XVI-XVIII əsrin birinci yarısında Azərbaycanın İrəvan vilayətində demoqrafik durum"
29/09/2023

BDU-nun Kimya fakültəsində qazilərlə görüş

BDU-nun Kimya fakültəsində qazilərlə görüş
29/09/2023