Geologiya, Mexanika-riyaziyyat və Tarix fakültələrinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

10/12/2021

Bakı Dövlət Universitetində (BDU) Mexanika-riyaziyyat, Geologiya və Tarix fakültələrinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Xalqın xilaskarı” adlı tədbir keçirilib.

Geologiya fakültəsinin dekan müavini, YAP Gənclər Birliyi İdarə Heyətinin üzvü İlqar Quliyev qeyd edib ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynayıblar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb.

YAP İdarə Heyətinin üzvü, Memarlıq və İnşaat Universitetinin dosenti Bayram Aslanov çıxış edərək qeyd edib ki, intibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib.

Tarix fakültəsinin professoru İbrahim Zeynalov 1969-cu ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən etibarən respublikamızın həyatında geniş vüsət alan ictimai-siyasi proseslər və iqtisadi islahatlar müsbətə doğru dəyişdiyini, 1969-82-ci illərdə baş verən bütün köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq səlnaməsində ən dolğun səhifələrini təşkil etdiyini bildirib. Mexanika-riyaziyyat fakültəsinin dekan müavini, YAP Zahid Xəlilov 23. Ərazi İlk Partiya Təşkilatının sədr müavini Etibar Əhmədov isə çıxışında Azərbaycanda uğurla həyata keçirilən və Ulu öndərin banisi olduğu gənclər siyasətindən, dahi liderin gənclərə diqqət və qayğısından bəhs edib. Natiq çıxışında əsası Ulu öndər tərəfindən qoyulan dövlət quruculuğu prosesinin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdiriildiyini vurğulayıb.

Tədbirdə çıxış edənlər - Tarix fakültəsinin əməkdaşı Anar Cəfərov, Geologiya fakültəsinin müəllimi Ələkbər Həsənov, Karyera və məzunlarla əlaqə sektorunun əməkdaşı İlkin Şərifov və Mexanika-riyaziyyat fakültəsinin tələbəsi Katya İbrahimli Ulu öndərin siyasi hakimiyyətdə olduğu illərdə həyata keçirilən quruculuq, abadlıq işlərindən, gənclər siyasəti və müstəqil Azərbaycanın qurulması sahəsində göstərdiyi xidmətlərdən danışıblar. Ümummilli lider Heydər Əliyevin müdrik siyasətə, dönməz əqidəyə və tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı addımlardan bəhs ediblər.

Sonda Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş olunub.

Xəbərlər

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
28/03/2024

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
28/03/2024

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub
28/03/2024