“Gənc istedadlar” liseyinin 10 illiyi iə əlaqədar “Dədə Qorqud” elmi-tədqiqat laboratoriyasında görüş

15/11/2017

BDU-nun “Gənc istedadlar” liseyinin 10 illik yubileyi ilə əlaqədar Filologiya fakültəsinin “Dədə Qorqud” elmi-tədqiqat laboratoriyasında şagird, müəllim və valideyn kollektivi ilə görüş keçirilib. Elmi-tədqiqat laboratoriyasının əməkdaşları Almara Nəbiyeva, Samirə Quliyeva, Ülviyyə İbrahimova, İlqar Hüseynov, İlhamə Babanlı, Rəna Cavadova, Aida Əzimova, Fərqanə Əliyeva laboratoriyanın yaranma tarixi və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat veriblər. Qeyd ediblər ki, “Dədə Qorqud” eposunun tarix, etnoqrafiya, ədəbiyyat, dil və coğrafiya baxımından, habelə dünya eposları ilə müqayisəli şəkildə öyrənilməsi Azərbaycan folklorşünaslıq və ədəbiyyatşünaslığının müasir inkişaf mərhələsində öz aktuallığını qoruyub saxlamaqdadır. Belə ki, Dədə Qorqudun yaşadığı dövrdə Azərbaycanın ictimai-siyasi vəziyyəti, feodal ziddiyyətləri, dini ixtilaflar aramsız davam edirdi. Belə bir şəraitdə oğuzların bu torpaqlar uğrunda apardığı mübarizə və müharibələr eposun Azərbaycan ədəbiyyatının müxtəlif formalarında öz əksini tapıb. Qəhrəmanlıq eposunun ədəbi janrlarda təzahürü (qəhrəmanlıq, ailə məişət, məhəbbət motivləri və s.) mifik qaynaqlar və elmi materiallar əsasında araşdırılıb, müvafiq nəticələr əldə edilib. Dastanlardakı hadisələr folklor və cəmiyyət baxımından diqqəti cəlb edir və araşdırmalarda fiziki-mənəvi problemlərə diqqət yetirilir. “Dədə Qorqud” dastanlarında əks olunmuş mifoloji obrazlar və mifik süjetlər dünya ədəbiyyatında mövcud olan epos və əsatirlərlə səsləşir, bəzi hallarda isə tam üst-üstə düşür. Bununla bağlı laboratoriyanın elmi işlərinin bir istiqaməti də“Kitabi-Dədə Qorqud”un dünya ədəbiyyatına məxsus ədəbi nümunələrlə müqayisəli təhlilinə yönəlib. Sonda “Gənc istedadlar ” liseyinin şagirdləri “Dədə Qorqud” dastanı ilə bağlı suallar verib və əməkdaşlar tərəfindən ətraflı cavablandırılıb. Qeyd edək ki, “Dədə Qorqud” elmi-tədqiqat laboratoriyası Filologiya fakültəsi Azərbaycan ədəbiyyatı tarixi kafedrasının nəzdində fəaliyyət göstərir və həmin kafedranın müdiri akademik Nərgiz Paşayevadır.

Mətbuat və informasiya şöbəsi, 16 noyabr 2017-ci il

Xəbərlər

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”
19/04/2024

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir
19/04/2024

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib
19/04/2024