Hüquq fakültəsinin dosenti “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib

12/02/2018

Bakı Dövlət Universitetinin Kriminalistika və məhkəmə ekspertizası  kafedrasının dosenti Rəna Quliyeva “Yüksəkixtisaslı kadrların hazırlanmasında səmərəli fəaliyyətinə, təhsilin inkişafındakı xidmətlərinə görə və 60 illik yubileyi münasibətilə” Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.

Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev professor-müəllim heyətinin iştirakı ilə keçirilən tədbirdə nişanı dosent Rəna Quliyevaya təqdim edib və ona gələcək elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, dosent Rəna Quliyeva 1975-1980-cı illərdə Bakı Dövlət Universiteti Hüquq fakültəsinin əyani şöbəsində təhsil alıb. 1980-1985-ci illərdə Azərbaycan Respublikası Ədliyə Nazirliyində, 1985-ci ildən bu günədək Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasında işləyir. 1993-cü ildə Rusiya Federasiyası Prokurorluğunun Elmi-Tədqiqat İnstitutunda namizədlik dissertasiyanı müdafə edib, 2002-ci ildənKriminalistikavə məhkəmə ekspertizası kafedrasının dosenti elmi adını qazanıb. 50-dən çox elmi məqalənin və 7 kitabın müəllifidir.

Mətbuat və informasiya şöbəsi, 12 fevral 2018-ci il.

Xəbərlər

Səttar Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyanın şagirdləri BDU-da

Səttar Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyanın şagirdləri BDU-da
11/02/2025

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də ilin ikinci “planetlərin böyük paradı” müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də ilin ikinci “planetlərin böyük paradı” müşahidə olunacaq”
11/02/2025

BDU əməkdaşları Hirkan Milli Parkının yaradılmasının 21 illiyinə həsr olunan tədbirdə 

BDU əməkdaşları Hirkan Milli Parkının yaradılmasının 21 illiyinə həsr olunan tədbirdə
11/02/2025