Hüquq fakültəsinin professor-müəllim heyəti və tələbələri Vətən Müharibəsində iştirak etmiş məzunlarla görüşdü

15/02/2021

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Vətən Müharibəsində iştirak etmiş məzun və tələbələri ilə onlayn görüş keçirilib. Fakültənin dekanı Əmir Əliyev tədbiri giriş sözü ilə açaraq Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı tarixi qələbə münasibətilə iştirakçıları təbrik edərək, bu parlaq qələbənin ölkənin uğurlu inkişafının nəticəsi olduğunu vurğulayıb. Azərbaycanın bu möhtəşəm zəfəri Ali Baş Komandanın müdrik qərarları, rəşadətli ordumuzun gücü və xalqımızın sarsılmaz həmrəyliyi sayəsində qazanılıb. Keçirilən tədbirin əhəmiyyətindən söz açan professor Əmir Əliyev qəhrəmanlarımızın daim qəlbimizdə yaşayacağını, onların xatirəsinin əziz tutulacağını qeyd edib.

Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri Məsumə Məlikova, Cinayət prosesi kafedrasının müdiri Firuzə Abbasova, Cinayət hüququ və kriminologiya kafedrasının müdiri Şəhla Səmədova,  Mülki hüquq kafedrasının müdiri Məhəbbət Dəmirçiyeva, BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov ən yeni tariximizdə Ermənistanın təcavüzü ilə bağlı baş verən hadisələr haqqında, bu hadisələrdə beynəlxalq hüquq normalarına zidd əməllər, cinayətlərin törədilməsi, bu cür əməllərə görə məsuliyyət məsələləri, həmçinin informasiya müharibəsində görülən işlər barədə məlumat veriblər. 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinin ölkəmizin şanlı zəfəri ilə bitməsi münasibəti ilə tədbir iştirakçıları Ali Baş Komandanımıza, ordumuza minnətdarlığını bildirərək xalqımızı, dünya azərbaycanlılarını təbrik edib, Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyiblər.

Fakültənin Vətən Müharibəsində iştirak etmiş məzun və tələbələri Qafar Nəzərov, Tərlan Həmidov və Şamo İsmayılbəyli döyüş əməliyyatlarından, ordumuzun göstərdiyi şücaətdən, əsgərlərimizin qəhrəmanlıqlarından danışıblar.

Fakültənin Tələbə Gənclər Təşkilatının sədri Firavan Əlizadə və tələbələr Fəridə Abıyeva, Cavidin Mirzəzadə çıxış edərək qəhrəmanlarla fəxr etdiklərini bildiriblər.

Xəbərlər

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”
19/04/2024

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir
19/04/2024

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib
19/04/2024