Çin Xalq Respublikasının Qlobal Enerji üzrə Qarşılıqlı Əlaqələrin İnkişafı və Əməkdaşlıq Təşkilatının nümayəndələri BDU-da

16/05/2025

Bakı Dövlət Universitetində (BDU) Çin Xalq Respublikasının (ÇXR) Qlobal Enerji üzrə Qarşılıqlı Əlaqələrin İnkişafı və Əməkdaşlıq Təşkilatının (GEIDCO) nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, rektorun keyfiyyətin təminatı üzrə müşaviri  Asiman İlyasov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, GEIDCO-nun direktor müavini  Xu Ming, Əməkdaşlıq şöbəsinin baş meneceri Yu Kaifeng, Üzvlük şöbəsinin baş meneceri Gao Ming, İqtisadiyyat və Texnologiya Elmi-Tədqiqat İnstitutunun böyük elmi işçisi Gao Chao, Şərqi Avropa və Mərkəzi Asiya üzrə ofisin direktoru Xupeng Chen və ofisin əməkdaşı Zhou Pengchao iştirak ediblər.

Qonaqlara Universitetin tarixi, fəaliyyəti, strukturu, tədris və elmi fəaliyyəti barədə ətraflı məlumat verilib. Daha sonra qonaqlar təmsil etdikləri təşkilatın əsas fəaliyyət istiqamətləri barədə danışıblar. Bildirilib ki, sözügedən təşkilatın məqsədi dünya miqyasında enerji sahəsində davamlı inkişafı təşviq etmək, qlobal enerji tələbatını təmiz və yaşıl alternativlərlə qarşılamaq, BMT-nin “Hamı üçün dayanıqlı enerji təşəbbüsü” və “İqlim dəyişikliyinə qarşı mübarizə” məqsədlərini həyata keçirməkdir.

Görüşdə ali təhsildə potensialın artırılması ilə bağlı müxtəlif layihələr, Dayanıqlı İnkişaf Məqsədləri (DİM) istiqamətində əməkdaşlıq məsələləri də müzakirə olunub.

Qeyd edək ki, təşkilatın 142 ölkədən 1346 üzvü, 7 regional ofisi, o cümlədən 72 milli nümayəndəlik ofisi və 6 regional komitəsi var.

 

 

Xəbərlər

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir
06/02/2026

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”
05/02/2026

BDU-da Çin Yaz Festivalı keçirilib

BDU-da Çin Yaz Festivalı keçirilib
05/02/2026