"Kimyəvi ekoloji təhsil və tərbiyə" adlı dərslik çap edilib

25/05/2018

Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva və fakültənin müəllimləri dosent Ülviyyə Rüstəmova, Hicran Rəfiyeva və Hədiyyə Hacıyevanın müəllifliyi ilə "Kimyəvi ekoloji təhsil və tərbiyə" adlı dərslik çap edilib. Azərbaycan və rus dillərində təqdim edilən dərslikdə ekoloji təhsil və tərbiyənin mahiyyəti, metodoloji əsasları, prinsipləri və hədəfləri şərh edilib. Həmçinin kitabda da­yanıqlı inkişafın konsepsiyası, ekoloji şüurun formalaşmasının mahiyyəti və üsulları, kütləvi informasiya vasitələri və ekoloji şüur, ekoloji tərbiyənin nəzəri aspektləri, ekoloji təhsil və tərbiyənin problemləri, qlobal ekoloji problemlər və digər məsələlər öz əksini tapıb.
Dərslik ekologiya, ətraf mühit kimyası və ətraf mü­hitin mühafizəsi ixtisasları üzrə təhsil alan tələbələr, magistrantlar və doktorantlar üçün nəzərdə tutulub.

Mətbuat və informasiya şöbəsi, 25 may 2018-ci il

Xəbərlər

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir
06/02/2026

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”
05/02/2026

BDU-da Çin Yaz Festivalı keçirilib

BDU-da Çin Yaz Festivalı keçirilib
05/02/2026