Moskvada “universitetlər və cəmiyyət. XXI əsrdə universitetlərin əməkdaşliği və inkişafi” adli elmi-praktiki konfrans keçirilmişdir.

26/04/2010

BDU-nun rektoru, akademik Abel Məhərrəmov, tədris işləri üzrə prorektor, professor Vüsət Əfəndiyev, Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri, dosent Məmmədəli Ramazanov, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin dekan müavini Amil Məhərrəmov 23-24 aprel tarixində Moskva Dövlət Universitetində Avrasiya Universitetlər Assosiasiyasının təşkil etdiyi «Universitetlər və Cəmiyyət. XXI əsrdə Universitetlərin əməkdaşlığı və inkişafı» adlı 3-cü beynəlxalq elmi-praktiki konfransda iştirak etmişlər. MDU-nun rektoru, Avrasiya Universitetləri Assosiasiyasının prezidenti, akademik Viktor Sadovniçi bildirmişdir ki, tədbir 2009-cu ilin noyabr ayında qəbul olunmuş Bakı Bəyannaməsinə əsasən, ilk dəfə Avrasiya Universitetlər Assosiasiyası, Qara Dəniz Hövzəsi Universitetləri Assosiasiyası və Xəzər Regionu Ölkələri Universitetləri Assosiasiyasının birgə iştirakı ilə hayata keçirilir.

Tədbirdə Prezident İlham Əliyevin konfrans işitrakçılarına təbrik məktubu oxunmuşdur.

Elmi-praktik konfransın plenar iclasında rektor, akademik Abel Məhərrəmov «Azərbaycanda universitet təhsilinin və elminin inkişafının perspektivləri və əhatəsi» mövzusunda məruzə etmişdir. Akademik əminliklə bildirmişdir ki, bu tədbir universitetlərin gələcəkdəki əməkdaşlığı üçün mühüm mərhələ olacaq, elm, təhsil müstəvisində kəsişmə yollarının tapılmasına təkan verəcəkdir. Rektor ötən il BDU-nun 90 illik yubileyinin qeyd edilməsi zamanı Universitetləri özlərində birləşdirən 3 böyük Assosiasiyanın əməkdaşlığı haqqında Bakı Bəyannaməsinin qəbul olunduğunu da tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Akademik sənədin qarşılqılı maraq və bərabər hüquqlar əsasında universitetlərin əməkdaşlığının müxtəlif formalarının əsas prinsiplərini özündə əks etdirdiyini də qeyd etmiş, bu elmi konfransın da məhz Bakı Bəyannaməsinin davamı olaraq təşkil olunduğunu vurğulamışdır.

Konfransda rektor, akademik Abel Məhərrəmova Avrasiya Universitetlər Assosiasiyasının ən ali mükafatı - «Avrasiya əməkdaşlığında töhfələrinə görə» medalı və diplomu təqdim olunmuşdur. Eyni zamanda Qara Dəniz Hövzəsi Universitetləri Assosiasiyası ilə əməkdaşlıqda səmərəli fəaliyyətə görə də akademik Abel Məhərrəmov mükafata layiq görülmüşdür.

İşini bölmələr üzrə davam etdirən tədbirdə nümayəndə heyətinin üzvü, dosent Məmmədəli Ramazanov «Azərbaycanda nanotexnologiyanın yeni elmi istiqamətləri» mövzusunda məruzə ilə çıxış etmişdir.

Tədbir niversitetlərin cəmiyyətdəki əvəzolunmaz rolu barədə qətnamənin qəbulu ilə başa çatmışdır.

Mətbuat xidməti


Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib
25/04/2024

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş
25/04/2024