"Neft-kimyəvi və üzvi sintezdə NMR metodunun rolu" mövzusunda onlayn elmi seminar keçirilib

13/07/2020

İyulun 13-də Bakı Dövlət Universitetində (BDU) Kimya fakültəsinin təşkilatçılığı ilə "Neft-kimyəvi və üzvi sintezdə NMR (nüvə-maqnit rezonansı) metodunun rolu" mövzusunda onlayn elmi seminar keçirilib.

Seminar iştirakçılarını salamlayan BDU-nun elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Məmməd Rəcəbov keçirilən elmi seminarların elmi-tədqiqat işlərinin onlayn formada davam etməsinə böyük töhfələr verdiyini bildirib.

Daha sonra Kimya fakültəsinin "Neft kimyası və kimya texnologiyası" kafedrasının müdiri, professor İbrahim Məmmədov "Neft-kimyəvi və üzvi sintezdə NMR (nüvə-maqnit rezonansı) metodunun rolu" mövzusunda təqdimatla çıxış edib. Təqdimatda 1945-cı ildə NMR üsulu amerika fizikləri E.Persell və Blox  tərəfindən kəşf edilməsi, bu kəşfə görə onların 1952-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülməsi, NMR spektrləri, NMR spektroskopiyasının molekulyar sistem haqqında məlumat almağa imkan verməsi, kondensə olunmuş hallarda maddənin quruluşu və dinamikasının hesablanması, NMR üsulunun tibbdə, neft-kimya sənayesində tətbiqi, Bruker cihazı, molekullararası qarşılıqlı təsirlərin müəyyən edilməsi, biodizel istehsalı haqqında geniş məlumat verilib.

BDU-nun elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Məmməd Rəcəbov məruzə ilə bağlı öz fikrini bildirərək karantin döründə keçirilən bu tip tədbirlərin əsas məqsədinin fakültə əməkdaşlarının, gənc tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsindən ibarət olduğunu bildirib.

Kİmya fakültəsinin dekanı Abdulsəyid Əzizov  doktorantlar və tələbə-magistrantları gələcəkdə də bu tip seminarlarda aktiv iştiraka səsləyərək bildirib ki, fakültədə geniş elmi-tədqiqat işləri aparılır, bu işlərin nəticələri dünyanın bir çox nüfuzlu jurnallarında dərc edilir.

Disskusiya formasında davam edən elmi seminar sualların cavablandırılması ilə yekunlaşıb.

Xəbərlər

BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib

BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib
29/03/2024

BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub

BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub
29/03/2024

BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər

BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər
29/03/2024