“İnformasiya hüququ” və "Dəniz və enerji hüququ" ixtisaslaşmaları üzrə magistr dissertasiyalarının müdafiəsi keçirilib

05/07/2019

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində “Hüquqşünaslıq” ixtisası üzrə magistrlik dissertasiyalarının müdafiəsi davam edir. “İnformasiya hüququ” və "Dəniz və enerji hüququ"  ixtisaslaşmaları üzrə Azərbaycan və ingilis bölmələrində təhsil alan magistrantlar hüquq elminin aktual mövzuları üzrə elmi tədqiqatlarını “İnsan hüquqları və İnformasiya hüququ YUNESKO kafedrası”, “Konstitusiya hüququ” və "Beynəlxalq xüsusi hüquq və Avropa hüququ" kafedralarında yerinə yetiriblər.

“İnformasiya hüququ” üzrə ixtisaslaşdırılmış magistr dissertasiya müdafiəsi şurasının sədri, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, millət vəkili, professor Aytən Mustafayeva və "Dəniz və enerji hüququ"  üzrə ixtisaslaşdırılmış magistr dissertasiya şurasının sədri, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar yanında Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov müdafiələrdə iştirak edən magistrantların dissertasiya işlərini, onların elm və peşə hazırlığını yüksək qiymətləndiriblər.

Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev ixtisaslaşdırılmış magistr dissertasiya müdafiəsi şuralarnın sədrləri professor Aytən Mustafayeva və Qüdrət Qurbanova təşəkkür edib, magistrantların hazırlığı haqqında müsbət fikirlərini söyləyib, tədqiqat nəticələri haqqında müsbət fikirlərini bildirib.

 

Mətbuat və informasiya şöbəsi, 05 iyul 2019-cu il.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda
04/09/2026

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
04/09/2026