Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin alimləri BDU-da tədris prosesi ilə tanış olublar

10/04/2025

Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin bir qrup alimi Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində olub.

Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin İctimai elmlər kafedrasının müdiri Matlyuba Tullavoldieva, kafedranın professoru Karima Tulenova, dosenti Gülçöhrə  Eşanova, dosent əvəzi Marvarid Mamadcanova, Dünya tarixi kafedrasının müəllimi Raino Mullacanova fakültənin rəhbərliyi, professor-müəllim heyəti ilə görüşüblər.

Qonaqlar Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, professor Rəbiyyət Aslanovanın mühazirəsində iştirak ediblər. Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin İctimai elmlər kafedrasının professoru Karima Tulenova “Fəlsəfə” ixtisası üzrə təhsil alan III kurs tələbələrinə işlədiyi Universitet haqqında geniş informasiya verib. Qonaqlar daha sonra Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının professor-müəllim heyəti ilə təcrübə mübadiləsi aparıblar.

Daşkənd Dövlət Pedaqoji Universitetinin alimləri bir həftə ərzində Sosial elmlər və psixologiya fakültəsində olacaqlar. Onlar “Fəlsəfə” ixtisası üzrə təhsil alan müxtəlif kurs tələbələri ilə görüşəcək. Fəlsəfə kafedrasında “Postmodernizmin çoxqiymətli məntiq kontekstində qnoseoloji təhlili” mövzusunda birgə elmi seminar keçirəcək, fənn proqramları, dərslik və dərs vəsaitləri ilə tanış olacaqlar.

 

 

 

Xəbərlər

BDU-nun SABAH qruplarının tələbələri üçün “Uşaq ədəbiyyatında zəfər” adlı tədbir keçirilib

BDU-nun SABAH qruplarının tələbələri üçün “Uşaq ədəbiyyatında zəfər” adlı tədbir keçirilib
07/11/2025

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
07/11/2025

BDU tələbələri arasında “Şanlı Zəfər” adlı esse müsabiqəsinin nəticələri açıqlanıb

BDU tələbələri arasında “Şanlı Zəfər” adlı esse müsabiqəsinin nəticələri açıqlanıb
07/11/2025