Professor Çingiz İsmayılov Xəzəryanı ölkələrin universitetləri Assosiasiyasının XXI Baş Assambleyasında iştirak edib

19/10/2018

Bakı Dövlət Universiteti rektorunun Beynəlxalq əlaqələr üzrə  müşaviri, professor Çingiz İsmayılov Xəzəryanı ölkələrin universitetləri Assosiasiyasının XXI Baş Assambleyasında iştirak edib. Tədbir Qazaxıstanın Atırau şəhərində,  Atırau Universitetinin bazasında keçirilib. Bu Assambleya, Xəzəryanı dövlətlərin rəhbərlərinin Xəzər dənizinin hüquqi statusu ilə bağlı imzaladıqları tarixi razılaşmadan bir ay sonra keçirilib. Bu sənədin imzalanması regionun dövlətləri arasında dövlətlərarası münasibətlərin inkişafına yeni təkan verib, bu forumun keçirilməsində, həmçinin  Xəzəryanı dövlətlərin universitetlərinin VI Beynəlxalq İdman Oyunlarının təşkil olunmasında əks olunub.

Tədbirin plenar iclasında professor Çingiz İsmayılov "Xəzər regionu ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün potensial imkanlar" mövzusunda  məruzə edib.

İclasda müxtəlif sahələrdə əməkdaşlığın gələcək inkişafı, konfranslar və müsabiqələrin təşkili məsələləri müzakirə edilib, fikir mübadiləsi aparılıb.  İki gün davam edən tədbirdə Rusiya, Qazaxıstan və İran universitetlərinin nümayəndələrinin də məruzələri dinlənilib.

Qeyd edək ki, Xəzəryanı ölkələrin universitetləri Assosiasiyasının XXII Baş Assambleyası 2019-cu ilin sentyabrında İranın Gilan Universitetində təşkil ediləcək.

Mətbuat və informasiya şöbəsi, 19 oktybar 2018-ci il.



Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub
12/10/2026

BDU-da “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər” mövzusunda təlim keçiriləcək

BDU-da “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər” mövzusunda təlim keçiriləcək
12/10/2026