Qazaxıstanın Ş. Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin alimləri BDU-nun Tarix fakültəsində

15/04/2025

Qazaxıstanın Ş. Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin bir qrup alimi Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində olub.

Ş. Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin Sosial-humanitar fənlər kafedrasının professor və müəllimləri Asem Kulbayeva, Mira Bakıtdjanova, Aydana Janabayeva, Aygül Perekeyeva fakültənin tədris, elmi fəaliyyəti ilə tanış olub, fakültə rəhbərliyi, professor-müəllim heyəti ilə görüşüblər.

Tarix fakültəsinin dekanı İbrahim Zeynalov fakültənin tarixi, dünya şöhrətli məzunu, Ümummilli Lider Heydər Əliyev haqqında qonaqlara ətraflı məlumat verib. Sonra qonaqlar Azərbaycan tarixi ( humanitar fakültələr üzrə ) kafedrasında olub, kafedra müdiri Azad Rzayevlə həm iki ölkə, həm də universitetlərarası tarixi, ictimai və mədəni əlaqələrin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Sonda qazaxıstanlı qonaqlar tələbələrlə görüşərək, onların Qazaxıstan tarixi ilə bağlı suallarını cavablandırıblar.

 

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir
07/08/2026

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”
06/08/2026

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb
06/08/2026