Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” III gənclər düşərgəsi çərçivəsində panel müzakirə keçirilib

27/06/2025

Quba rayonunda təşkil olunan “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” III gənclər düşərgəsi çərçivəsində panel müzakirə keçirilib.

Panel görüşündə Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov Qərbi Azərbaycan İcmasının strukturu, fəaliyyət istiqamətləri, Qayıdış Konsepsiyanın mahiyyəti, qayıdış hüquqları və prinsipləri haqqında ətraflı məlumat verib, iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Panel müzakirədə bildirilib ki, indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların qayıdış hüquqları barədə səsləndirdiyi bəyanatlar beynəlxalq hüquqi sənədlərə əsaslanır, həmçinin, Ermənistanın qayıdış hüquqları ilə bağlı çağırışları cavabsız qoyması və ərazi iddiası kimi təqdim etməyə çalışmasının əsası yoxdur.

Qeyd edək ki, düşərgə Gənclər və İdman Nazirliyi, Qərbi Azərbaycan İcması, Bakı Dövlət Universiteti, “ASAN könüllüləri” təşkilatı və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda
04/09/2026

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
04/09/2026