Rektor Mexanika-riyaziyyat, Coğrafiya, Filologiya, Şərqşunaslıq fakültələrinin tələbələri ilə görüşüb
22/05/2014
BDU-nun rektoru, akademik Abel Məhərrəmov Yekun Dövlət Attestasiyasına buraxılan tələbələri qəbul edib. Görüşdə Mexanika-riyaziyyat, Coğrafiya, Filologiya, Şərqşunaslıq fakültələrinin tələbələri ilə yanaşı dekan və kafedra müdirləri də iştirak edib.
Tələbələrin problemləri ilə maraqlanan, onların çoxsaylı suallarını cavablandıran rektor müəyyən tapşırıqlar verib. Abel Məhərrəmov tələbələrə imtahana ciddi hazırlaşmalarını tövsiyə edib, imtahanlara nəzarəti bilavasitə özü edəcəyini xatırladıb.
Eyni zamanda fakültə dekanları və kafedra müdirlərinə tələbələrlə vaxtaşırı görüşmək, onların icmal mühazirələrdə fəal iştiraklarını təmin etmək üçün lazımi göstərişlərini verib.
Mətbuat və informasiya şöbəsi, 22 may 2014-cü il.
Xəbərlər
BDU tələbələri IDEA Heyvanlara Qayğı Mərkəzində
BDU tələbələri IDEA Heyvanlara Qayğı Mərkəzində
BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçiriləcək
BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçiriləcək
BDU tələbələrinin “ANEWZ” beynəlxalq televiziya kanalına infoturu
BDU tələbələrinin “ANEWZ” beynəlxalq televiziya kanalına infoturu
