“Springer Nature” nəşriyyatının vitse-prezidenti BDU-nun professor-müəllim heyəti və gənc tədqiqatçıları ilə görüşüb

14/05/2025

Bakı Dövlət Universitetində (BDU) “Springer Nature” nəşriyyatının genişləndirilmiş Şərqi Avropa üzrə vitse-prezidenti Aliaksandr Birukou ilə professor-müəllim heyətinin və gənc tədqiqatçıların görüşü keçirilib.

Aliaksandr Birukou məruzəsində “Springer Nature”nin beynəlxalq nəşriyyat imkanları, Azərbaycandakı tədqiqatçılar üçün təqdim edilən açıq giriş (Open Access) təşəbbüsləri haqqında ətraflı məlumat verib. “Springer Nature”nin hər il 1,5 milyondan çox məqalə qəbul etdiyi, 410000-dən çox elmi məqalə yayımladığı, 2,9 milyarddan çox məzmun yüklədiyi iştirakçıların diqqətinə çatdırılıb. Açıq girişin müəlliflər üçün daha faydalı olduğu və elmi kəşflərin cəmiyyətə sürətli çatmasını təmin etdiyi vurğulanıb.  Konfrans materiallarının “Springer Nature” tərəfindən vacib nəşr forması kimi dəstəkləndiyi bildirilib.

Qeyd olunub ki, “Springer Nature” nəşriyyatında Azərbaycandan olan tədqiqatçılar üçün 50% APC (məqalə ödəniş haqqı) endirimi imkanı mövcuddur. Azərbaycanda “Springer Nature” nəşrlərində daha çox iştirak üçün xüsusi buraxılışlar və beynəlxalq konfranslardan çıxış materiallarının dərc olunması təşviq edilir. Təqdimatda “Springer Nature”nin dünyanın ən böyük elmi kitab nəşriyyatlarından biri olduğu vurğulanıb və kitab nəşri prosesi izah edilib.

Təqdimatın sonunda dil baryerinin aradan qaldırılması üçün avtomatik tərcümə xidmətləri və elmi nəşrdə AI/NLP texnologiyalarının rolu haqqında danışılıb və professor-müəllim heyətini maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər

BDU “Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması üzrə kadr hazırlığına başlayır

BDU “Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması üzrə kadr hazırlığına başlayır
14/07/2026

BDU-da “Siyasi coğrafiya” ixtisaslaşması açılır

BDU-da “Siyasi coğrafiya” ixtisaslaşması açılır
14/07/2026

BDU-da “Strateji menecment” ixtisaslaşması açılır

BDU-da “Strateji menecment” ixtisaslaşması açılır  
13/07/2026