İstanbul Aydın Universitetində BDU-nun professoru Arif Səlimova həsr olunmuş Beynəlxalq Riyaziyyat Konfransı keçirilir

03/09/2024

Türkiyənin İstanbul Aydın Universitetində Bakı Dövlət Universitetinin (BDU) Cəbr və həndəsə kafedrasının müdiri, Əməkdar elm xadimi, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Riyaziyyat və mexanika üzrə Ekspert Şurasının sədri, professor Arif Səlimova həsr olunmuş Beynəlxalq Riyaziyyat Konfransı başlayıb.

Sentyabrın 5-dək davam edəcək konfrans Türkiyə Elm və Texnika Komitəsi (TÜBİTAK), BDU, qardaş ölkənin 11 özəl və dövlət universitetinin dəstəyi ilə keçirilir (https://iscdfams.com/index.php#about).

Konfransda 15 ölkədən professor Arif Səlimovun həmkarları və tələbələri, tanınmış elm adamları iştirak edirlər.

İstanbul Aydın Universitetinin rektoru,  professor İbrahim Hakkı Aydın konfransı açaraq müxtəlif ölkələrdən gəlmiş alimləri salamlayıb, tədbirin işinə uğurlar arzulayıb.

Sonra professor Arif Səlimov "Tenzor diferensiallama operatorları və lift problemləri" adlı məruzə ilə çıxış edib.

Tədbirdə professor Arif Səlimova Təskilat Komitəsi tərəfindən diferensial həndəsə sahəsində əldə etdiyi nailiyyətlərinə görə "ISCDFAMS AWARD" mükafatı təqdim olunub.

Daha sonra plenar məruzəçilər Farit Avkhadiev (Kazan Federal Universiteti), Bülent Ünal (Bilkent Universiteti), Ljubisa Kocinac (Serbiya) cıxış ediblər.

Konfrans çərçivəsində 200-ə yaxın məruzə dinləniləcək.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026