Tanınmış tarixçi alim, professor İradə Hüseynovanın kitablarının təqdimatı və imza günü oldu

30/05/2019

“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi”, “Regional hüquqi və iqtisadi maarifləndirmə İctimai Birliyi” və “Azərkitabın” təşkilatçılığı ilə Azərkitab kitab evində Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi, YAP Siyasi Şurasının üzvü, Elm, təhsil və innovasiyaların in-kişafında xidmətlərinə görə Beynəlxalq “Sokrat” mükafatı laureatı,Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü və həmin akademiyanın Beynəlxalq Qızıl ulduz mükafatı laureatı, Birləşmiş Millətlər Təşkilatının Təltiflər Şurası (İsveçrə, Cenevrə) tərəfindən Dünya elminə və Təhsilinə göstərdiyi xidmətlərə görə “Elm və sülh səfiri” Beynəlxalq titulu,mükafatı laureatı və Dünya Elminə göstərdiyi xidmətlərinə görə “Avropa Xidmət Ordeni” ilə təltif edilən İradə Mehtiqulu qızı Hüseynovanın kitablarının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə “Regional hüquqi və iqtisadi maarifləndirmə İctimai Birliyi”nin sədri Arzu Bağırova açaraq, dedi ki, bu gün ki, tədbir tanınmış elm və ictimai-siyasi xadim, tarix elmləri doktoru, professor İradə Hüseynovanın yaradıcılığına həsr edilib.
O, vurğulayıb ki, İradə Hüseynova Əliyevşünas və qafqazşünas alim kimi 300-ə yaxın elmi əsərin, eyni zamanda, Qafqaz xalqlarının tarixinə dair ümumi kurs proqramlarının, tədris proqramlarının, Qafqaz xalqlarının tarixinə dair dərs vəsaitlərinin, və son ildə işıq üzü görən, 1248 səhifədən ibarət fundamental dərslik –monoqrafiyanın və digər samballı tədqiqatların müəllifidir. O bildirib ki, professor İradə Hüseynovanın monoqrafiyaları və dərslikləri respublikamızın bir çox universitetlərində, həmçinin xarici ölkələrin – Almaniya, İngiltərə, Rusiya, Gürcüstan, Belorusiya, Qırğızızstan, Qazaxstan ali məktəblərində Qafqaz tarixinin tədrisi üçün əsas mənbə olub.
Sonra tanınmış Əliyevşünas və Qafqazşünas alim, professor İradə Hüseynova öz elmi yaradıcılığı ilə məlumat verib. İ. Hüseynova qeyd edib ki, onun doktorluq dissertasiyasının müdafiəsi ilə elmin yeni istiqaməti – Əliyevşünaslıq elminin əsası qoyulub.
AMEA-nın həqiqi üzvü, AMEA-nın ictimai elmlər bölməsinin akademik- katibi professor Nərgiz Axundova, AMEA Qafqazşünaslıq İnstitunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Musa Qasımlı, Azərbaycan Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycanın xalq yazıçısı Anar, millət vəkilləri Qənirə Paşayeva, Aydın Hüseynov, AMEA Qafqazşünaslıq İnstitunun şöbə müdiri, tarix elmləri doktoru Qasım Hacıyev, professor Nurulla Əliyev, Azərbaycan Texniki Universitetinin kafedra müdiri, p rofessor Şikar Qasımov, AMEA Tarix İnstitutu "Azərbaycanın müasir tarixi" şöbəsinin müdiri İlqar Niftəliyev çıxışları dinlənilib.
Professor İradə Hüseynovanın elmi rəhbəri olduğu doktorantların adından Yeganə Baxşıyeva, Əzim Heydərov, Afaq Həsənova, dosent Aynur Hüseynova, Ülkər Məmmədzadəvə başqaları çıxış ediblər.
Təqdimat mərasimində iştirak edən qonaqlara İradə Hüseynova müəllifi olduğu kitablarını öz imzası ilə hədiyyə edib.
Mətbuat və informasiya şöbəsi, 30 may 2019-cu il.

Xəbərlər

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
28/03/2024

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
28/03/2024

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub
28/03/2024