TÜBİTAK-ın dəstəyi ilə BDU-nun professoru Arif Səlimova həsr olunmuş konfrans keçiriləcək

14/08/2024

Türkiyə Elm və Texnika Komitəsinin (TÜBİTAK), Bakı Dövlət Universitetinin (BDU) və Türkiyənin 11 universitetinin dəstəyi ilə İstanbul Aydın Universitetində BDU-nun Cəbr və həndəsə kafedrasının müdiri, Əməkdar elm xadimi, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Riyaziyyat və mexanika üzrə Ekspert Şurasının sədri, professor Arif Səlimova həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək (https://iscdfams.com/index.php#about).

2-5 sentyabr tarixlərində keçiriləcək konfransda professor Arif Səlimovun 14 ölkədən həmkarları və tələbələri, tanınmış elm adamları iştirak edəcəklər.

Konfransda Arif Səlimov "Springer/Birkhauser" nəşriyyatında yeni çap olunmuş monoqrafiyası əsasında hazırladığı "Tenzor diferensiallamalar və lift problemləri" adlı məruzə ilə çıxış edəcək. Konfrans haqqında məlumatı aşağıdakı linklərdən əldə edə bilərsiniz:

1. American Math. Society ( https://www.ams.org/calendar/mathcalendar.pl );

2. European Math. Society ( https://euromathsoc.org/events?p=3 )

3. MathNetRu (Russia) ( https://m.mathnet.ru/php/conference.phtml?&option_lang=rus&wshow=cur )

Xəbərlər

VI Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

VI Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb
06/06/2026

BDU-nun Astrofizika kafedrası: “İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək”

BDU-nun Astrofizika kafedrası: “İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək”
05/06/2026

BDU tələbələri “Spark Tələbə İnnovasiya Proqramı”nda uğur qazanıblar

BDU tələbələri “Spark Tələbə İnnovasiya Proqramı”nda uğur qazanıblar
05/06/2026