Türkiyədə keçirilən konfransda BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin əməkdaşları üçün xüsusi panel təşkil olunub

24/10/2025

Türkiyə Cümhuriyyətinin Bartın Universitetinin İnformasiya və sənəd menecmenti bölümünün yaradılmasının 5 illiyi münasibətilə təşkil olunan konfransda Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin əməkdaşları üçün xüsusi panel təşkil olunub.

Açılış nitqində Bartın Universitetinin İnformasiya və sənəd menecmenti bölümünün başqanı, dosent Ahmet Altay qarşılıqlı əməkdaşlığın müxtəlif platformalarda inkişaf etdirildiyini, indiyə qədər birgə beynəlxalq elmi konfransların, ustad dərsləri və elmi seminarların keçirildiyini diqqətə çatdırıb, gələcək əlaqələrin perspektivindən bəhs edib.

Kastamonu Universitetinin professoru Hasan Keseroğlunun sədrliyi ilə keçirilən paneldə çıxış edən BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı Bartın Universitetinin İnformasiya və sənəd menecmenti bölümünün əməkdaş və tələbələrini bölümün yaradılmasının 5 illiyi münasibətilə təbrik edib. “Azəbaycanda informasiya və sənəd menecmenti: nəzəriyyədən praktikaya” mövzusunda məruzə edən dekan fakültənin tarixi, inkişaf mərhələləri və eləcə də hazırda kadr hazırlığı həyata keçirilən Kitabxanaçılıq və informasiya fəaliyyəti və Muzey, arxiv işi və abidələrin qorunması ixtisasları barədə iştirakçılara geniş məlumat verib.

Paneldə fakültənin dosenti Pərviz Kazimi “İnformasiya mühəndisliyi” mövzusunda məruzə edib, fakültənin dosenti Rəşad Qardaşov ölkəmizdə ali kitabxanaçılıq təhsili haqqında məlumatları, əməkdaş Nəbibə Məmmədzadə tələbə həyatı, tələbə təşkilatları barədə informasiyaları iştirakçıların diqqətinə çatdırıb.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026