UEFA Avropa Liqasının Bakıda keçiriləcək final matçına hazırlıq çərçivəsində könüllülüklə bağlı tədbir olub

24/12/2018

Bu gün Bakı Dövlət Universitetində UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçının Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Əməliyyat Qrupunun hazırlıq prosesi çərçivəsində tələbə və müəllim heyəti ilə görüş olub.  Tədbiri BDU-nun idman klubunun müdiri əməkdar müəllim, əməkdar məşqçi, dosent Akif Atakişiyev  açıq elan edib.

300-dək tələbənin iştirak etdiyi görüşdə Avropa Liqası ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər haqda təqdimat nümayiş olunub.

Daha sonra tədbirin təşkilati və UEFA ilə əlaqələndirmə işlərindən məsuliyyətli olan AFFA ilk dəfə olaraq özünün könüllülük proqramını təqdim edib. Bildirilib ki, proqram çərçivəsində təşkilati məsələlər ilə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi ustad dərslərin keçirilməsi planlaşdırılır.

Bu proqrama qoşularaq öz şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirmək, yeni beynəlxalq dostlar əldə etmək və futbol dünyasının bir hissəsi olmaq istəyən hər kəs www.finalbaku2019.az/volunteers linkinə keçid edərək qeydiyyat formasını doldura bilər. Qeydiyyatdan keçmiş şəxslər 2019-cu ilin fevral ayında müsahibəyə dəvət ediləcək.

Müsabiqədən keçən könüllülər üçün təlimlər 1 aprel tarixindən etibarən – 18 may tarixinə kimi davam edəcək. Təlimlər əsasən 3 fərqli sahəni əhatə edəcək: Ümumi Təlim (Oyunlar və müştəri xidmətləri barədə məlumatlar), Rol təlimi (vəzifə barədə təlim) və Məkan təlimi (könüllünün fəaliyyət göstərəcəyi obyekt barədə təlim) olacaq.

Qeyd edək ki, görüşdə AFFA-dan Qabil Nəcəfov , Yusif Vəliyev və ölkə futbol yığma komandasının hücümçusu Mahir Mədətov iştirak ediblər.

Mətbuat və informasiya şöbəsi, 24 dekabr 2018-ci il.


Xəbərlər

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş
24/04/2024

BDU tələbələri üçün təlim: “Ailə milli-mənəvi dəyərlərin əsas daşıyıcısı kimi”

BDU tələbələri üçün təlim: “Ailə milli-mənəvi dəyərlərin əsas daşıyıcısı kimi”
24/04/2024

BDU tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

BDU tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər
24/04/2024