UNİCEF-in Azərbaycan nümayəndəliyi və BDU "İnklüziv təhsil: əlilliyə fərqli baxış" mövzusunda onlayn görüş keçirib

06/06/2020

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” və UNİCEF-in Azərbaycan nümayəndəliyinin həyata keçirdiyi “Azərbaycanda əlilliyi olan uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihələri çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) müəllim-tələbə heyəti ilə “İnklüziv təhsil: əlilliyə fərqli baxış” mövzusunda onlayn görüş keçirilib.

BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə onlayn tədbiri açaraq bildirib ki, inklüziv təhsilin inkişafı dünyanın bir çox ölkələrinin təhsil siyasətinin əsas prioritetlərindəndir və ölkənin təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi daşıyır. Təlim metodikasına müvafiq olaraq inklüziv təhsil uşaqlara qarşı hər hansı formada ayrı-seçkilik edilməsinin qarşısını alır, müxtəlif nevroloji və ya psixi xəstəlikləri olanlara belə mükəmməl şəkildə təhsil almaq, uğur qazanmaq imkanı verir. Onun əsas vəzifəsi məhdud imkanlara malik insanların peşə hazırlığı üçün sərhəd tanımayan mühit yaratmaqdır. H.Əlizadə Azərbaycan Respublikasının 1992-ci ildə İnsan Hüquqları Konvensiyasını imzalayaraq inklüziv təhsilin inkişafı istiqamətində mühüm işlər gördüyünü diqqətə çatdırıb. Xüsusi qayğıya ehtiyacı olanların daha keyfiyyətli təhsilə yiyələnməsi, cəmiyyətə daha tez adaptasiyası üçün digər yaşıdları ilə bir yerdə olması daha məqsədəuyğundur.

Zoom platforması üzərindən baş tutan görüş “Regional İnkişaf” İctimai Birliyinin  inklüziv təhsil üzrə mütəxəssisi Fərid Süleymanovun moderatorluğu ilə davam edib.

Motivasiya spikeri, tərcüməçi, yazar və “ƏSA” teatrının aktrisası Cəmilə Məmmədli həyatından, uğurlarından, nailiyyətlərindən danışaraq ingilis dilini öyrəndiyini, tərcümələr etdiyini, hekayələr yazdığını vurğulayıb. Oxucularının ona stimul verdiyini deyən gənc, hekayə yazmağın onu həyatda irəliyə aparan ən vacib məqam olmasından bəhs edib. Hazırda yapon dili kursuna getdiyini deyən Cəmilə Məmmədli ən böyük arzusunun universitetə qəbul olaraq, təhsil almaq olduğunu deyib.

Onlayn görüşün keçirilməsinin əsas məqsədi inklüziv təhsilin əhəmiyyətini, əlilliyi olan insanların cəmiyyətə inteqrasıyasının vacibliyini ictimaiyyətin diqqətinə çatdırmaqdır.

Xəbərlər

Təhsil Tələbə Kredit Fondu BDU tələbələri üçün təlim keçirib

Təhsil Tələbə Kredit Fondu BDU tələbələri üçün təlim keçirib
29/11/2024

BDU-nun professoru Sevinc Hacıyevanın həmmüəllifliyi ilə “Qlobal ekoloji problemlər: Səbəblər, həlli yolları, “yaşıl” enerji” kitabı nəşr edilib

BDU-nun professoru Sevinc Hacıyevanın həmmüəllifliyi ilə “Qlobal ekoloji problemlər: Səbəblər, həlli yolları, “yaşıl” enerji” kitabı nəşr edilib
29/11/2024

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”
28/11/2024