Vyetnamın Jurnalistika və Kommunikasiya Akademiyasının direktoru Fam Min Sonun rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da

07/11/2024

Vyetnamın Ho Şi Min adına Siyasət və Dövlət İdarəçiliyi üzrə Milli Akademiyasının tabeliyində fəaliyyət göstərən Jurnalistika və Kommunikasiya Akademiyasının direktoru Fam Min Sonun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

BDU rektoru Elçin Babayev qonaqlara Universitetin tarixi və fəaliyyəti barədə məlumat verib. O bildirib ki, 105 illik tarixə malik BDU Azərbaycanın ən böyük və qədim universitetidir. Tədqiqat istiqamətinə xüsusi önəm verən BDU-nun Hirş indeksi artıq 68-ə çatıb. 25 minə yaxın tələbəsi olan BDU-nun 16 fakültəsi, bir kolleci, bir liseyi, Qazax filialı fəaliyyət göstərir. Təhsil-elm-tədqiqat-innovasiya mərkəzlərindən birinə çevrilməkdə olan BDU-da elmin bütün sahələri üzrə kadr hazırlığı həyata keçirilir.

Vyetnamın Ho Şi Min adına Siyasət və Dövlət İdarəçiliyi üzrə Milli Akademiyasının tabeliyində fəaliyyət göstərən Jurnalistika və Kommunikasiya Akademiyasının direktoru Fam Min Son birgə beynəlxalq konfransların keçirilməsi, müəllim-tələbə mübadiləsi üzrə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb. Qeyd edib ki, Jurnalistika və Kommunikasiya Akademiyası Vyetnamın Hanoy şəhərində yerləşir. Akademiya 1962-ci ildə təsis edilib və hazırda Ho Şi Min adına Siyasət və Dövlət İdarəçilik Akademiyasının nəzdində fəaliyyət göstərir. Akademiyada təhsil Vyetnam və ingilis dillərində həyata keçirilir.

Görüşdə tərəflər arasında mümkün əməkdaşlığın detalları müzakirə edilib.

Xəbərlər

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir
06/02/2026

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”
05/02/2026

BDU-da Çin Yaz Festivalı keçirilib

BDU-da Çin Yaz Festivalı keçirilib
05/02/2026