Məmmədova Fəridə Qəzənfər qızı
Tutduğu vəzifə - 5-ci dərəcəli inspektor, ali təhsilli.
Vəzifə funksiyaları:
· Kafedralarda dərs yüklərinin bölgüsünün yoxlanması və təftişi;
· Dərs yükünün rektorluqda təsdiq edilməsindən sonra 1,5 ştatla, əvəzçiliklə və saathesabı qaydada tədris yükü ayrılan müəllimlərin sənədlərinin toplanması, siyahıların hazırlanmasını əmrləşdirmək üçün rektorluğa təqdim olunması;
· Saathesabı üzrə dərs aparan professor və müəllimlərə yerinə yetirilən yükün müqabilində əmək haqqının ödənilməsi barədə lazımi sənədlərin toplanması;
· Tədris posesi ilə bağlı olan əmrlərin və sərəncamların mətnlərinin hazırlanması;
· Tədris hissəsinə daxil olan məktub və ərizələrə müvafiq cavabların hazırlanması;