“Bakı Universiteti” qəzeti

Bakı Dövlət Universitetinin (BDU) nəşri olan “Bakı Universiteti” qəzetinin əsası 1929-cu ildə qoyulmuşdur. 1947-ci ildən isə mütəmadi olaraq nəşr olunur. 1990-cı ilə qədər “Lenin tərbiyəsi uğrunda” adı ilə Azərbaycan və rus dillərində işıq üzü görən qəzetə müxtəlif illərdə Rəsul Rüstəmov, İsrafil Cahangirov, Yusif Yusifov, Seyfulla Əliyev, Nüsrət Bağırov, Aslan Aslanov, Vəli Məmmədov, Eldar Əliyev, Ağamusa Zeynalov, Bayram Hüseynzadə, Haqverdi Rzayev, Anzulə Əmirova redaktorluq etmişdir. Qəzet yarandığı gündən bugünədək daim Universitetin ənənələrinə bağlı olmuşdur.

“Bakı Universiteti” qəzeti BDU-nun müəllim və tələbələri arasında öz oxucu kütləsi olan mətbu orqan, professor-müəllim heyətinin və tələbələrin tribunasıdır. Hər bir sayı maraqla qarşılanan qəzet müxtəlif mövzulu yazılarla ayda bir dəfə oxucularının görüşünə gəlir.

2019-cu ildən yeni tərtibatla rəngli çap olunan qəzet BDU-nun ictimaiyyətlə əlaqələrinin inkişafı və informasiya təminatında əhəmiyyətli rol oynayır. Universitetin təhsil, elm, ictimai həyatı, beynəlxalq əlaqələri, həyata keçirilən layihələri haqqında həm ölkə, həm də Universitet oxucularının məlumatlandırılmasında yaxından iştirak edir. Qəzetdə tədris prosesi, dərslik və dərs vəsaitlərinin vəziyyəti, elmi fəaliyyət, elmi-tədqiqat laboratoriyalarının, mərkəzlərin, elmi kitabxananın fəaliyyəti, həyata keçirilən sosial layihələr, beynəlxalq əməkdaşlıq sahəsində yeniliklərlə bağlı, Universitetin ictimai həyatı, eləcə də tələbə həyatı və s. haqqında müntəzəm məlumatlar verilir. Universitetin professor-müəllim heyəti, görkəmli alimləri mütəmadi olaraq publisistik yazılarla çıxış edirlər. Son illərdə tədris prosesinin təkmilləşdirilməsi, elmi-tədqiqat işlərinin genişləndirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində atılan addımlar, fakültələrdə, kafedralarda, tələbə evində aparılan abadlıq və yenidənqurma işləri və s. qəzetin səhifələrində geniş işıqlandırılır.

Qəzetin məzmununun yüksək səviyyədə olması ilə yanaşı, onun tərtibatı da müasir poliqrafik icra baxımından seçilir.

2020-ci ildən qəzetin nəşrinə BDU-nun Jurnalistika fakültəsinin tələbələri cəlb olunmuşdur. Qəzetin nömrələrinin hazırlanmasında və tərtibatında, nəşriyyat-redaksiya proseslərində tələbələr yaxından iştirak edir.

 

"Bakı Universiteti" qəzetinin sayları:


2020 2021 2022 2023 2024


Yanvar 2020
Fevral 2020
Mart 2020
Aprel 2020
May 2020
İyun 2020
İyul 2020
Avqust 2020
Sentyabr 2020
Oktyabr 2020
Noyabr 2020
Dekabr 2020


Yanvar 2021
Fevral 2021
Mart 2021
Aprel 2021
May 2021
İyun 2021
İyul 2021
Avqust 2021
Sentyabr 2021
Oktyabr 2021
Noyabr 2021
Dekabr 2021


Yanvar 2022
Fevral 2022
Mart 2022
Aprel 2022
May 2022
İyun 2022
İyul 2022
Avqust 2022
Senytabr2022
Oktyabr 2022
Noyabr 2022
Dekabr 2022


Yanvar 2023
Fevral 2023
Mart 2023
Aprel 2023
May 2023
İyun 2023
İyul 2023
Avqust 2023
Sentyabr 2023
Oktyabr 2023
Noyabr 2023
Dekabr 2023


Yanvar 2024

Fevral 2024
Mart 2024
Aprel 2024
May 2024
İyun 2024
İyul 2024
Avqust 2024
Sentyabr 2024
Oktyabr 2024
Noyabr 2024
Dekabr 2024