Bakı Dövlət Universitetinin Elmi kitabxanası respublikanın zəngin ali məktəb kitabxanalarından biridır. Bakı Dövlət Universiteti 1919-cu ildə yaradılmış və həmin ildə onun strukturunda önəmli yeri olan kitabxana təşkil olunmuşdur. Tələbələrin və professor-müəllim heyətinin mədəni və mənəvi mərkəzi olan Elmi kitabxana həm respublika ali məktəb kitabxanaları ilə, həm də 21 ölkənin 49 universitetivə beynəlxalq nəşriyyatı ilə informasiya mübadiləsi aparır.