Ağamirzəyev Əliş Çoban oğlu - BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru,
filologiya üzrə fəlsəfə doktoru, dosent
15 mart 1973-cü ildə Yardımlı rayonunun Köryədi kəndində anadan olmuşdur.
1991-ci ildə Bakı Dövlət Universitetinə daxil olmuşdur.
1994-1998-ci illərdə hərbi xidmət keçmişdir.
1999-cu ildə Bakı Dövlət Universitetini Kitabxanaçılıq-informasiya fakültəsini (indiki İnformasiya və sənəd menecmenti) kitabşünas-nəşriyyat redaktoru ixtisası üzrə (bakalavr), 2004-cü ildə isə magistraturasını kitabxanaşünaslıq ixtisası üzrə fərqlənmə diplomu ili bitirmişdir.
2004-2007-ci illərdə Bakı Dövlət Universitetinin Nəşriyyat işi və redaktəetmə kafedrasında müəllim;
2007-2010-cu illərdə Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasında müəllim;
2010-2012-cu illərdə Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasında baş müəllim;
2012-2019-cu illərdə Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasında dosent;
2014-2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda məsləhətçi;
2019-cu ildə Bakı Dövlət Universiteti rektorunun humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşaviri vəzifələrində çalışmışdır.
2019-cu ildən Bakı Dövlət Universitetinin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosentidir.
2010-cu ildə dissertasiya işini müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi (Dünya ədəbiyyatı (rus ədəbiyyatı); Jurnalistika) almışdır. 2018-ci ildən filologiya üzrə elmlər doktoru proqramı üzrə BSU-nun dissertantıdır.
1 monoqrafiyanın, ali məktəblər üçün 1 dərs vəsaitinin, 3 fənn proqramının, 80-dən çox elmi məqalənin müəllifi, 2 kitabın tərtibçisidir. Bir sıra beynəlxalq elmi konfranslarda iştirak etmiş, əsərləri Almaniya, Norveç, Rumıniya, Braziliya, Türkiyə, Rusiya, Ukrayna, Özbəkistan və Qazaxıstanda çap olunmuşdur. 2 fəlsəfə doktoru dissertasiya işinin rəhbəridir.
“Media problemləri”, "Humanitar elmlərin öyrənilməsinin aktual problemləri" və "Kitabşünaslıq və redaktor sənəti" elmi məcmuələrinin redaksiya heyətinin üzvüdür.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
2019-cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı, 2023-cü ildə “Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi” döş nişanı, 2025-ci ildə “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur.
Tədqiqat sahəsi: Publisistika, redaktə, ədəbiyyatşünaslıq
Elmi əsərləri:
- Qəzetlərdə yol verilən dil qüsurları // BSU, Humanitar elmlərin öyrənilməsinin aktual problemləri (ali məktəblərarası elmi məqalələr məcmuəsi), Bakı, 1/1999. S. 7-10
- Uşaq ədəbiyyatının redaktə xüsusiyyətləri / Humanitar elmlərin öyrənilməsinin aktual problemləri (respublika ali məktəblərarası konfransının materialları). Bakı, 1999. S. 60-61.
- Müasir dövrdə nəşriyyat fəaliyyətinin problemləri / Humanitar elmlərin öyrənilməsinin aktual problemləri (respublika ali məktəblər arası konfransının materialları) (T.H.Cəfərovla birgə). Bakı,2000. S. 108-110.
- Dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilində nəşri problemləri / Dünya azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş «Müasir tərcüməşünaslıq və mədəniyyətşünaslığın aktual problemləri» mövzusunda tələbə elmi-praktik konfransının materialları. Bakı, 2003. S. 11-12.
- Müasir dövr rus postmodernist ədəbiyyatı Azərbaycanda // ADU, Elmi xəbərlər, Bakı, 5/ 2007. S.261-265.
- Издание русской литературы в современном Азербайджане: принципы подхода // Вопросы филологических наук, Moskva, 6/2008. S. 7-9.
- Müstəqillik dövründə rus ədəbiyyatına münasibətin yeni çalarları //ADU, Elmi xəbərlər, Bakı, 1/2009. S. 257-26.
- Русская литература в виртуальных изданиях Азербайджана // Наука и жизнь Казаxстана, Alma-ata, 2/2009. S. 179-183
- Postsovet dövründə Azərbaycanda rus ədəbiyyatının tərcüməsi və nəşri istiqamətləri // BSU, Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, Bakı, 2/ 2010. S. 85-91.
- Издание русской литературы в постсоветском Азербайджане // Филологические науки, Astana, 8/2010. S. 44-45.
- Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə nəşr olunan latın qrafikalı kitablar arasında rus ədəbiyyatı nümunələri / Azərbaycanşünaslığın aktual problemləri (Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş I Beynəlxalq elmi konfransın materialları). Bakı, 2010. S. 33-38.
- Постсоветская русская литература в Азербайджане / «Россия и Восток: язык – культура – ментальность» (Материалы Международной научной конференции студентов, аспирантов и молодых ученых). Vladimir, 2010. S. 324-328.
- Издание русской литературы в постсоветском Азербайджане / Основные тенденции развития русского языка: лингвофилософский аспект (Материалы Международной научной конференции). Vladimir, 2010. S. 169-171.
- Postsovet dövründə Azərbaycanda rus ədəbiyyatının nəşri məsələləri / Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş Gənc tədqiqatçıların ümumrespublika elmi konfransının materialları. Bakı, 2010. S. 500-502.
- Azərbaycan mətbuatında rus ədəbiyyatı (1991-2010-cu illər) // BSU, Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, Bakı, 1/2012. S. 69-73
- Литературный период Геббеля Вагнера - эпоха мифотворчества // BSU, Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, Bakı, 2/2012. S. 100-102
- Postsovet dövrü Azərbaycanda rus ədəbiyyatının yenidən dəyərləndirilməsini şərtləndirən amillər // ADU, Elmi xəbərlər, Bakı, 4/2014. S. 240-246.
- Rus mühacirət ədəbiyyatı postsovet Azərbaycan mətbuatında (1991-2010) // BSU, Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, Bakı, 4/2014. S. 92-96
- Biz niyə oxuyuruq? // ADU, Dil və ədəbiyyat, Bakı, 3/2015, S. 178-184.
- Mütaliənin təbliğində KİV-nin imkanlarından istifadə // ADU, Dil və ədəbiyyat, Bakı, 6/2015. S. 233-236
- Müasir dünyada nəşriyyat işinin əsas inkişaf meyilləri // BSU, Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, Bakı, 1/2016. S.322-328
- Prezident sərəncamı ilə nəşr olunan kütləvi nəşrlərin ölkənin mədəni həyatında rolu / “Ulu Öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” Beynəlxalq elmi konfransın materialları. Bakı, 2016. S.309-311.
- Publisistikanın təşəkkülü və əsas inkişaf mərhələləri // BSU, Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, Bakı, 2/2017. S. 98-109
- Publisistika sosial fəaliyyət növü kimi // Qızlar Universitetinin Elmi əsərləri, Bakı, 3/2018. S.49-54
- Rus mühacirət ədəbiyyatının Azərbaycanda resepsiyası problemi // BSU, Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, Bakı, 4/2018. S. 148-152
- Rus mühacirət ədəbiyyatının tədqiqi tarixindən // BSU, Elmi əsərlər: Dil və ədəbiyyat seriyası, Bakı, 2/2018. S. 215-219
- Birinci dalğa rus mühacirət ədəbiyyatının parlaq siması – İ.Bunin yaradıcılığı // ADU, Dil və ədəbiyyat, Bakı, 2/2019. S.80-85
- Historical and cultural formation, evolution and ideological direction of Russian emigration literature // Technium Social Sciences Journal, Vol. 23, September, 2021 (Romania). s. 755-762
- The Place of Russian Migration Literature in the Teaching of "World Literature" (Ideological and Political Directions of Migration Literature and "World Literature") // Norwegian Journal of development of the International Science, №82/2022 (Oslo, Norway). S. 47-51
- Üçüncü dalğa rus mühacirət ədəbiyyatında imperiyaçılıq meyilləri // Akademik Tarih ve Düşünce Dergisi / Academic Journal of History and Idea, 11 (5) 2024. S.3792-3796
- On the Reception of Vladimir Nabokov's Works in Azerbaijan (Based on the Research of Azerbaijani Literary Scholars) // Gis Science Journal, Volume 12, Issue 6, 2025 (Almaniya, Wichmann/VDE Verlag, Belin & Offenbach). S. 160-169
Kitab və fənn proqramları:
- Nəşriyyat işinin təşkili və idarə olunması. Fənn proqramı. Bakı, Bakı Dövlət Universiteti, 2008
- Azərbaycan jurnalistika tarixi – I. Fənn proqramı, Bakı, Bakı Slavyan Universiteti, 2016
- Azərbaycan jurnalistika tarixi – II. Fənn proqramı, Bakı, Bakı Slavyan Universiteti, 2016
- Publisistikanın nəzəri əsasları: Dərs vəsaiti, Bakı: Mütərcim, 2018
- Postsovet dövrü Azərbaycanda rus ədəbi̇yyati: dəyərləndi̇ri̇lmə və nəşr pri̇nsi̇pləri̇ (1991-2010-cu illər): Monoqrafi̇ya, Baki: Elm, 2025
